FACT-INFO.AZ » SİYASƏT » Aygün Attar: Təyyarə qəzasından sonra Qazaxıstanın göstərdiyi həmrəylik unudulmayacaq
2-01-2025, 10:30 | SİYASƏT
Aygün Attar: Təyyarə qəzasından sonra Qazaxıstanın göstərdiyi həmrəylik unudulmayacaq

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) rəhbərliyi Qazaxıstanın Ankaradakı səfirliyində olub, “Azərbaycan Hava Yolları”nın (AZAL) qəzaya uğrayan təyyarəsinin göyərtəsində digərləri ilə yanaşı Qazaxıstan vətəndaşlarının həlak olması ilə bağlı başsağlığı verib.

Fact-info.az xəbər verir ki, TADİV-in rəhbəri, Türkiyə Prezidenti Administrasiyasının Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, professor Aygün Attar və TADIV-in Himayəçilik Şurasının üzvü, Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç Qazaxıstanın Türkiyədəki səfiri Erkebulan Sapiyevə başsağlığı veriblər.

TADİV nümayəndələri 38 nəfərin, o cümlədən 6 qazaxıstanlının həyatına son qoyan qəza fonunda Azərbaycanla həmrəylik nümayiş etdirən Qazaxıstanın dövlət qurumlarının və sadə vətəndaşlarının mövqeyini yüksək qiymətləndiriblər.

“Azərbaycan xalqı riskə baxmayaraq, təyyarə qəzasından sonra ilk dəqiqələrdən AZAL təyyarəsinin sərnişinlərinə və ekipajına kömək etməyə tələsən qardaş Qazaxıstan sakinlərinin hərəkətlərini unutmayacaq. Qazaxıstan vətəndaşları zərərçəkənlərə qan vermək üçün xəstəxanalarda uzun növbələr yaradıblar. Biz qardaş xalqın fədakarlığını unutmayacağıq”, - deyə A. Attar bildirib.

TADİV rəhbəri qəzanın qərəzsiz araşdırılması məsələsində açıq-aydın və vahid mövqe nümayiş etdirən Qazaxıstan və Azərbaycan prezidentlərinin mövqeyinə xüsusi diqqət çəkib.

Görüşdə TADIV koordinatoru Əli Əkbər Tufan da iştirak edib.




Baxış sayı: 90
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30