Suriyanın Keçid Hökumətində xarici işlər naziri Əsəd Şeybani ölkəsinin beynəlxalq tərəflərlə dialoq qurmağa açıq və hazır olduğunu bildirib.
Qətər İnformasiya Agentliyi xəbər verir ki, Şeybani dünən verdiyi bəyanatında ölkəsinin ABŞ ilə münasibətləri inkişaf etdirməyə hazır olduğunu, lakin bunun ABŞ tərəfindən asılı olduğunu söyləyib. Əlavə edib ki, Vaşinqtonla münasibətlər Suriya xalqının maraqları əsasında qurulacaq. Keçid Hökumətinin xarici işlər naziri ABŞ ilə münasibətlərin "həlledici" olacağını vurğulayıb. Şeybani Suriya üzərindəki sanksiyaların qaldırılmasının vacibliyini bildirib.
Qeyd edilməlidir ki, bu gün Şeybani ilk xarici səfərini Səudiyyə Ərəbistanına edib. Səfər Səudiyyə Ərəbistanının xarici işlər nazirinin dəvəti əsasında baş tutub.
Baxış sayı: 170
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
