FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Şair təbiətli, alim zəkalı Ağatahir Cəbirlinin “1111 beyt və ya Hikmət boğçası”kitabı çap olunub
1-01-2025, 20:00 | MƏDƏNİYYƏT
Şair təbiətli, alim zəkalı Ağatahir Cəbirlinin “1111 beyt və ya Hikmət boğçası”kitabı çap olunub

Paytaxtla bərabər regionlarımızda da ədəbi, intellektual mühit hər zaman təbii ahəngini və inkişaf tendensiyasını qoruyub saxlayıb. Şirvan ədəbi mühitində  yetişən tanınmış qələm adamı, şair, publisist Ağatahir Cəbirlinin  “1111 beyt və ya Hikmət boğçası”kitabı işıq üzü görüb.

Şairin min beyt halında ərsəyə gətirdiyi bu nəsihətnamə düşünən hər kəs üçün bir ərməğandır. Hikmətli düşüncənin təlatümləri, poetik fikrin  müxtəlif çarlarla zənginliyi şairin ifadə  tərzində gerçəkləşir. 

  Müəllif  beytlərdə beyninin süzgəcindən keçirdiklərini yaşayaraq qələmə alıb.

 “Söz qəlbdən çıxarsa qəlbə qədər gedər, dildən çıxarsa qulağı keçməz”,

“Qəlbi və sözü bir olmayan insanın yüz dilli olsa belə, o yenə dilsiz sayılır”.

  Mənəvi həyatın ölübsə hərgah,

Düşün təfəkkür et, açılsın dərgah!

  Poeziya – tərənnüm simfoniyasıdır, fəlsəfə hikmət, mahiyyət və dəyərlərin məcmusudur.

 Fəlsəfə və poeziya – bir maqnitin iki qütbüdür, onlar ilk baxışda əks tərəfə baxsalar da, əslində bir çevrənin ahəngindədirlər.

 Fəlsəfə sərt külüklər kimi hər şeyi – bütün intellektləri yerindən oynadırsa, mürgüdən oyandırırsa, poeziya incə və xəfif meh kimi hislərin həmahəngliyini nizamlayır, duyğuları maqnit kimi öz qütbünə çəkir.

Fəlsəfə təıfkkürün ləngərliyidir, coşğunluğudur, itiliyidir. Məntiqi nəticəsidir, konkret düşüncələrin son qərarıdır. Poeziya qəlbin coşqunluğudu, hislərin külək kimi əsməsidir, axınıdır, kükrəyən kəhər kimi cilova yatmamasıdır. Hər ikisi daxili-psixoloji ani təkanın və ya içdəki zəlzələnin törəməsidir. Davamlı və dəyişən sonluğudur.

Xatırladırıq ki, bu vaxta qədər Ağatahir Cəbirlinin “Ağlı-qaralı dünyam”, “Bir nur kölgəsiyəm”, “Üç ərəb – üç qərib köçü”, “Üzümə gülənlər…”, “Eşqin qayəsi”, “Dönümsüz hicrət yolu”, “400 beyt-təfəkkür”, Yuxudakı qərib dünya”, “Ruhun şeir həsrəti”, “Sözün məqamında”, “Dinlə, düşün, de…”, Güzgülərə aldanmayın”, “Qəm doğan yerin vüsalı”, “Eşqdilində qəlb sözləri”, “Çalarsız ağ”, “Asılır sözlərim dar ağacından”, “Payızın hıçqırtısı”, “Sevda-qaralı istəklər”, “Şəhidlik Ali Məqamdır”, “İlan həniri”, “Gözlər çəkən gözəlliklər”, “Məhkəmə”, “Arzum istəyim” kitabları nəşr olunub. Şair, publisist Ağatahir müəllimə uğurlar arzulayırıq. Oxuculara isə bu kitabları oxumağı tövsiyə edirik.  

 

Fact-info.az

 




Baxış sayı: 835
Zelenski: Ukraynanın gələn il ayaqda qalması üçün ən azı 115 milyard avro lazımdır Dünən, 19:30 Azərbaycandan Ermənistana məhsulların ixracı Gürcüstan nəqliyyat sisteminin töhfəsidir Dünən, 19:00 Londonda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq simpozium keçiriləcək Dünən, 18:30 Mətbuat Şurasından xəbərdarlıq: “Etik qaydalar pozulmamalıdır” Dünən, 17:00 Zəngəzur dəhlizi heç bir dövlətin maraqlarına zidd deyil Dünən, 16:30 Xəzərdə küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib Dünən, 14:00 Ağdərə və Xocalı sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib Dünən, 12:00 Azərbaycan Prezidenti: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib Dünən, 11:30 Türkiyə Prezidenti: Müdafiə sənayesində daha çox nailiyyətlər əldə etməliyik Dünən, 08:30 Yanvarın 1-də müddətli həqiqi hərbi xidmətə çağırış başlayacaq - SƏRƏNCAM Dünən, 08:30 Azərbaycanın görkəmli sənətkarı Aşıq Pənah Pənahovun 100 illik yubileyi qarşısında 23-11-2026, 16:30 Prezident İlham Əliyev Trampa təşəkkür edib 23-11-2026, 16:00 TAP layihəsi Avropanın enerji təhlükəsizliyi baxımından mühüm əməkdaşlıq nümunəsidir 23-11-2026, 15:00 Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts 23-11-2026, 15:00 Səməd bəy Mehmandarovun 170 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb 23-11-2026, 14:30 Qlobal bazarlarda narahatlıq davam edir 23-11-2026, 13:30 Ermənistanın yeni Konstitusiya layihəsinin mətnində Müstəqillik Bəyannaməsinə istinad edilməyib 23-11-2026, 11:00 "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir" - Azərbaycan Prezidenti 23-11-2026, 11:00 Kuşner Ukraynaya təhlükəsizlik zəmanətlərinin şərtlərini açıqlayıb 23-11-2026, 09:00 İtkinlərin taleyi aydınlaşmadan etimad möhkəmlənə bilməz 23-11-2026, 09:00 Vyetnam Prezidenti: Azərbaycanı regionda daimi mühüm strateji tərəfdaş kimi qəbul etmişik 21-11-2026, 12:30 Yeni Azərbaycan Partiyasının yaradılmasından 34 il ötür 21-11-2026, 11:00 Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub 21-11-2026, 11:00 Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş keçirilib 21-11-2026, 11:00 Ağdam Şəhər Günü konsert proqramı ilə qeyd olunub 20-11-2026, 20:00 Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən “Eternity-2026” təlimi başa çatıb 20-11-2026, 19:00 Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub 20-11-2026, 12:30 Azərbaycana akkreditə olunmuş diplomatlar Böyük Qayıdış prosesi barədə məlumatlandırılıblar 20-11-2026, 12:30 Məleykə Abbaszadə BDU-nun rektoru vəzifəsinə təyinatı ilə bağlı açıqlama yayıb 20-11-2026, 11:00 QHT Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir 20-11-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30