Milli Kitabxanada “Professor Famil Mehdi – 90” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub.
Kitabxanadan Fact-info.az-a bildirilib ki, sərgidə şairin əsərləri, “Ön söz” yazdığı tərtibçisi, rəyçisi və redaktor olduğu, həyat yolu, fəaliyyəti və yaradıcılığı haqqında Azərbaycan və rus dillərində ədəbiyyatlar, dövri mətbuatda çap olunan məqalələr, sözlərinə bəstələnmiş musiqi notları nümayiş olunur.
Qeyd edək ki, tanınmış Azərbaycan şairi, tənqidçi, publisist, filologiya elmləri doktoru, professor Famil Mehdi bədii yaradıcılığa 1951-ci ildə Ağdam rayon qəzetində çıxan ilk şeri ilə başlayıb, dövri mətbuatda vaxtaşırı çıxış edib. “Jurnalistika məsələləri” adlı ali məktəb tələbələri üçün dərsliyin müəlliflərindən biridir. "Alovlu publisist Səməd Vurğun", "Azərbaycan bədii publisistikasının sənətkarlıq problemləri", "Mətbuatda publisistika", "Bədii publisistika" kimi monoqrafik kitablar və dərs vəsaitləri onun qələminin məhsuludur.
Baxış sayı: 140
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
