Fact-info.az xəbər verir ki, xarici mediada yayılmış yazıya görə, Qərb Ukraynaya NATO-nun kollektiv müdafiə prinsipinə bənzər hərbi dəstək və təhlükəsizlik zəmanətləri təklif edə bilər, lakin bu, Kiyevin alyansa qoşulmasını nəzərdə tutmur.
Məqalədə qeyd olunur ki, Kiyev NATO-ya üzv olmaqla təhlükəsizlik zəmanətləri almağa çalışır. Lakin nə ABŞ-nin hazırkı prezidenti Co Bayden administrasiyası, nə də gələcəkdə Donald Trampın rəhbərliyi bu imkanı nə müharibə zamanı, nə də onun bitməsindən dərhal sonra nəzərdən keçirmək niyyətindədir.
Məqalə müəlliflərinə görə, Tramp administrasiyası Moskvanın mövqeyini nəzərə almağa məcbur olacaq, çünki Rusiya uzun müddətdir Ukraynanın NATO-ya daxil olmasına qarşı çıxır. Hətta Vaşinqton Kiyevin alyansa qəbulunu "real seçim" kimi qiymətləndirsə də, bu proses NATO-ya üzv ölkələrin hamısının uzunmüddətli təsdiqini tələb edəcək və münaqişənin həlli üçün "uyğunsuz siyasi alət" hesab oluna bilər.
Bundan əvvəl ABŞ Dövlət Departamentinin keçmiş əməkdaşı Samuel Çarap bildirib ki, nə Bayden, nə də Tramp administrasiyası Kiyevi NATO-ya dəvət etmək niyyətində deyil.
Serbiya Respublikasının Prezidenti Milorad Dodik isə bəyan edib ki, NATO Ukraynanı Rusiya ilə qarşıdurma üçün poliqon kimi seçib.
Baxış sayı: 175
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
