Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) 2024-cü ildə ölkə daxilində və sərhədlərimizdən kənarda yerli və xarici tərəfdaşlarla fəal iş aparıb. Bu il BMTM-in fəaliyyəti əsas etibarilə prezident və parlament seçkilərindən sonra Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilən tezis və mesajlar istiqamətində qurulub.
Fact-info.az xəbər verir ki, bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin ilin yekunlarına dair keçirilən mətbuat konfransında BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev söyləyib.
O, həmçinin əlavə edib ki, beynəlxalq gündəmin aktual məsələləri və onların ölkəmizə mümkün təsirləri BMTM-in fəaliyyətində öz əksini tapıb.
“Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə mütəmadi, düzgün və operativ qaydada çatdırılması istiqamətində fəal iş aparılıb. Belə ki, Azərbaycan gündəminin ingilis dilində yığcam və düzgün analitik təsvirini ehtiva edən 12 bülleten hazırlanıb. İl ərzində dərc olunan kitab və broşürlərin ümumi sayı 10-dur. Onlardan 2-si Azərbaycan dilindədir”, - deyə Fərid Şəfiyev bildirib.
Baxış sayı: 175
Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region
Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan
Participants of international conference visit Khojaly Genocide Memorial
Diplomatic corps representatives visit Shusha
BCAW2026 features roundtable on climate financing
