Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın “İslam Səkkizliyi” təşkilatına (D-8) qoşulması qərarını alqışlayıb.
Fact-info.az xəbər verir ki, Türkiyənin dövlət başçısı Ankarada Türkiyə hökumətinin Qahirəyə səfərinin yekunlarını şərh edib.
“Qardaş Azərbaycanın D-8 sıralarına daxil olması təşkilatın mövqeyini gücləndirib”, - deyə Ərdoğan bildirib.
Türkiyə Prezidenti həmçinin Misirlə qarşılıqlı fəaliyyətin bir çox sahələrinə, o cümlədən ticarət-iqtisadi əlaqələrə müsbət təsir göstərən “səmimi dialoqun inkişafından” məmnunluğunu ifadə edib.
Suriyadakı vəziyyətə toxunan Türkiyə Prezidenti bildirib ki, bu ölkədəki sabitlik bütün regionda təhlükəsizliyə təsir edir.
Ərdoğan ərəb ölkələrini və bütün İslam dünyasını “Suriyanın yenidən qurulmasına kömək etmək üçün Suriya xalqı ilə çiyin-çiyinə durmağa” çağırıb.
Baxış sayı: 95
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
