Türkiyənin “TRT İstanbul” radiosunun “TRT TÜRKÜ” kanalında yayımlanan “Azərbaycan rüzgarı” verilişinin proqramı bu həftə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr edilib. Fact-info.az xəbər verir ki, bununla bağlı AZƏRTAC-a proqramın müəllifi və aparıcısı, həmyerlimiz, İstanbul Universitetinin doktorantı Səidə Ömər danışıb. O deyib ki, proqram Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən reallaşıb.
“Azərbaycan rüzgarı”nın bu buraxılışında Füzuli poeziyası, onun türk mədəniyyəti, dili və ədəbiyyatına təsiri və əsərləri barədə danışdıq, dahi şairlə bağlı dinləyicilərə geniş məlumat verməyə çalışdıq. Proqramda şairin qəzəlləri, eləcə də təkcə Azərbaycanın deyil, dünya ədəbiyyatının nadir incilərindən olan “Leyli və Məcnun” əsəri Azərbaycanın Xalq artistlərinin ifalarında səsləndirildi. Ümumiyyətlə, verilişimizin əsas hədəflərindən biri də Türkiyə dinləyicilərinə Türk dünyasının ortaq dəyərləri olan Azərbaycan ədiblərini daha yaxından tanıtmaqdır. Məhəmməd Füzuli isə bizim əbədiyaşar dahi insanlarımızdandır və onun irsini davam etdirmək bir çoxunun ən böyük arzusudur”, - deyə Səidə Ömər bildirib.
Baxış sayı: 115
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
