2024-cü ildə sülh gündəliyində ciddi irəliləyiş olmadı. Əvəzində Ermənistan silahlanmaya daha çox cəhd göstərdi, Avropa İttifaqının sülhməramlı adı altında vizual kəşfiyyatçılarını şərti sərhəddə yerləşdirib. Görünən odur ki, Paşinyan bu ildə sülh imitasiyası ilə təhlükəli oyunlarını davam etdirib. O, sülhdən danışaraq öz müdafiə nazirini dünyanın müxtəlif paytaxtlarına silah almaq məqsədilə danışıqlara göndərib. Aİ sülhməramlılarının vaxtını və sayını artırmaq istəyir. Bütün bunlardan bu qənaətə gəlmək olar ki, N. Paşinyan vaxtı uzatmaq üçün öz ölkəsinə qarşı müharibə, təcavüz görüntüsü yaratmaq istəyir. Guya Azərbaycan Ermənistana qarşı hücum təşkil edəcək, sabitlik pozulacaq. O, çox konfiqurasiyalı məkrli gedişlərlə dünyada və regionda vəziyyətin dəyişəcəyini gözləyir.
Əslində Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Sərhəd məsələrinin mövcud təcrübəyə və beynəlxalq hüquqa uyğun tam həlli üçün zaman lazımdır. Zəngəzur dəhlizi ilə bağlı bizim milli maraqlarımıza uyğun olaraq açılmasında heç şübhəsiz ki, müxtəlif variantlar mövcuddur. O baxımdan Ermənistanla istər sülh müqaviləsinin imzalanması, istər sərhəddə demarkasiya və delimitasiya prosesində tələsməyə ehtiyac yoxdur.
Müşahidələr göstərir ki, baş nazir N. Paşinyan öz ölkəsinə qarşı müharibə, təcavüz görüntüsü yaratmaqla Azərbaycanı hərbi müdaxilələrə çəkmək istəyir. Belə məqamlarda ehtiyatlı davranmaq lazımdır. Haqlı olduğumuz halda beynəlxalq təhdidlərlə üzləşə bilərik. Demək olar ki, N. Paşinyanın istəyi də budur. Unutmaq olmaz ki, siyasət həm də şahmat oyunudur. Mövcud məsələlərin çözülməsi emosiyalara deyil, qarşı tərəfləri məqamı gələndə mat qoymaqla yekunlaşa bilər.
Əkrəm Bəydəmirli
Baxış sayı: 450
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
