Türkiyə Suriyada dövlət qurumlarının bərpası üçün lazımi yardımı göstərməyə hazırdır.
Fact-info.az xəbər verir ki, bunu Dəməşqdə Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyadakı yeni hakimiyyətin lideri Əhməd əl-Şaraa ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Suriyaya qarşı əvvəllər tətbiq edilmiş bütün sanksiyalar ölkənin yenidən qurulması maraqlarına uyğun olaraq ləğv edilməlidir.
Nazir əlavə edib ki, Suriyada mövcud olan PKK və digər terror təşkilatları tərksilah olunmalıdırlar: “Bugünkü görüşdə biz terrorizmlə mübarizə məsələsində ümumi mövqeyimizi təsdiqlədik. Bir daha vurğulamaq istərdim ki, PKK və YPG-nin Suriyada qətiyyən yeri yoxdur. Bu terror təşkilatları Suriya xalqının torpaqlarını işğal edərək təbii sərvətlərini oğurlayırlar. Bu qruplar tez bir zamanda tərksilah edilməlidir. Terrorla mübarizədə Suriya xalqına ən qəti yardımı göstərməyə hazırıq”.
Baxış sayı: 165
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
