FACT-INFO.AZ » XƏBƏR » "Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"
21-12-2024, 15:00 | XƏBƏR
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Россия сегодня” telekanalına verdiyi müsahibə hazırda dünyada baş verən proseslərlə bağlı Azərbaycanın mövqeyini açıqlamaq baxımından kifayət qədər informativdir. Rusiya telekanalını maraqlandıran suallar sadəcə Azərbaycan - Rusiya münaibətlərinin mövcud durumu ilə məhdudlaşmadı.


Müsahibədə bu yaxınlarda ölkəmizdə böyük uğurla təşkil olunmuş COP-29 qlobal iqlim Konfransı, Azərbaycan - Ermənistan münasibətləri, Rusiya-Ukrayna müharibəsi, Azərbaycanın enerji siyasəti, qonşu Gürcüstanda baş verən hadisələr, Fransanın müstəmləkəçilik siyasəti və Azərbaycana qarşı qərəzli addımları kimi məsələlərə aydınlıq gətirildi. Prezident İlham Əliyev 2-ci dünya müharibəsindən sonra yaranmış qlobal balansın son onilliklər ərzində pozulduğunu və dünyanın tamamilə yeni, amansız və beynəlxalq hüquqa əsaslanmayan bir rəqabət dövrünə daxil olduğunu bildirdi.

Doğrudan da, Sovet İttifaqının süqutu ilə ikiqütblü dünya sisteminin sona çatması və bu fonda təkqütblü dünya sisteminin yaradılmasına edilən cəhdlər dünyanın bütün bölgələrində ciddi müqavimətlə qarşılaşır. Çin, Hindistan, Braziliya, Türkiyə kimi ölkələrin dünyanın idarə edilməsi prosesində rol almaq təşəbbüsləri köhnə dünyanın neo-imperialist düşüncəli siyasi sistemləri tərəfindən qısqanclıqla qarşılanır. Kollektiv Qərb təkcə öz ərazisində deyil, bütün dünya üzərində özünün dominantlığını rəsmən təsbit etmək və gələcək dövrlər üçün də qoruyub saxlamağa çalışır. NATO və AB-nin planlı şəkildə Şərqə doğru genişlənməsi də bu cəhdlərin praktiki təzahürüdür. Bu prosesdə Qərbdən asılı dövlətlərdən qonşu dövlətlərə qarşı təxribatlar törədilməsi və hibrid müharibələrin aparılması üçün geniş şəkildə istifadə olunur. Bu baxımdan, Cənubi Qafqaz regionunda Ermənistanın məhz bu məqsədlə Qərb tərəfindən xüsusi himayə altına alınmasını, xüsusilə Fransa, ABŞ və Hindistan tərəfindən Ermənistanın silahlandırılmasını, Qərbin “vətəndaş cəmiyyəti” adı altında şəbəkələndirdiyi təsisatlatlar vasitəsilə Gürcüstanda ictimai-siyasi sabitliyi pozmaq cəhdlərini Qərbin Şərq istiqamətində həyata keçirdiyi hibrid hücumlar kimi qiymətləndirmək daha doğru olar.

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan – Fransa münasibətləri ilə bağlı suallara cavab verərkən Fransa prezidenti Makronun apardığı daxili və xarici siyasəti iflas siyasəti kimi xarakterizə etdi. Fransanın müstəmləkə ərazilərində aborigen xalqlara qarşı diskriminasiya siyasəti yürütdüyünü vurğulayan Prezident İlham Əliyev Fransa hökümətinin apardığı siyasətin beynəlxalq hüquq normalarına, insan azadlıqları və hüquqları barədə bütün dünya tərəfindən qəbul olunmuş hüquqi sənədlərin tələblərinə uyğun gəlmədiyini bildirdi.

Gürcüstanda baş verən hadisələrə münasibət bildirən ölkə başçısı bütün ölkələrin, o cümlədən Qərb dövlətlərinin digər ölkələrin daxili işlərinə qarışmamaq haqqında üzərinə götürdükləri öhdəlikləri xatırladaraq bildirdi ki, Gürcüstanda baş verən qarşıdurmalar məhz kənar müdaxilənin nəticəsidir.

Əlbəttə, Azərbaycanın strateji tərəfdaşı kimi Gürcüstanda baş verən hadisələrə ölkəmizdə xüsusi diqqət var və bu da təbiidir. Son onilliklər ərzində Azərbaycan höküməti tərəfindən həyata keçirilən regional və qlobal miqyaslı iqtisadi layihələrin, o cümlədən nəqliyat-logistika marşrutlarının məhz Azərbaycan – Gürcüstan – Türkiyə əməkdaşlıq formatında həyata keçirilməsi beynəlxalq və regional təhlükəsizliyə verilən böyük töhfədir. Bu kimi layihələr Qərblə Şərq arasında qarşılıqlı əməkdaşlıq zəminində bağlılığın təmin olunması baxımından bütövlükdə Avrasiya üçün həyati əhəmiyyət kəsb edir. Göründüyü kimi, bölgə ölkələri bu bağlılığı təmin etməyin yolunu məhz qarşılıqlı əməkdaşlıqda görür və müxtəlif layihələrə və formatlara qoşulmaqla bölgədə qarşılıqlı əməkdaşlığı təşviq edirlər. Qərb dövlətləri isə belə bir bağlılığın bölgə ölkələrinin suveren hüquqlarına məhəl qoymadan onları öz təsiri altına almaqla həyata keçirilməsinə üstünlük verirlər. Prezident Qərb dövlətlərinin və onların manipulyasiya alətləri olan bir sıra beynəlxalq təşkilatların Gürcüstanda sabitliyi pozmaq cəhdlərini “Qafqaz uğrunda döyüş” adlandırıb.

Faktiki olaraq 1991-ci ildən bəri bir sıra hallarda Qərbin maraqları baxımından “uğurla” həyata keçirilmiş “yumşaq güc” siyasətinin artıq işləmədiyi bir dövdə Qərb Şərqə qarşı diktat yolunu seçib və getdikcə diktat arealını genişləndirməyə çalışır. Prezident İlham Əliyevin müsahibəsindən gəlinən nəticə ondan ibarətdir ki, belə yanaşma beynəlxalq qanunlara ziddir və suveren dövlətlər və o cümlədən Azərbaycan tərəfindən qəbuledilməzdir.

Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyevin “Россия сегодня” telekanalına verdiyi müsahibə Azərbaycanın daxili və xarici siyasətinin əsas parametrlərini anlamaq və dünyada gedən siyasi-iqtisadi proseslərə Azərbaycanın münasibətinin öyrənilməsi və dəyərləndirilməsi baxımından kifayət qədər faydalı bir mənbədir. Prezidentin açıqlamalarını xaricdən ölkəmizin daxili işlərinə müdaxilə etməyə və Cənubi Qafqazda sabitliyi pozmağa cəhd göstərən qüvvələrə mesaj kimi də dəyərləndirmək olar. Azərbaycan lideri Cənubi Qafqazda gərginlik yaratmaq istəyən qüvvələr və ölkələrə öz mesajlarını verdi. Qalır nəticə çıxarmaq.

Cavanşir Feyziyev, Milli Məclisin deputatı




Baxış sayı: 190
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30