FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Pakistanda Şuşa ilə əlaqədar fotosərgi və seminar keçirilib
20-12-2024, 18:30 | MƏDƏNİYYƏT
Pakistanda Şuşa ilə əlaqədar fotosərgi və seminar keçirilib

Şuşanın İslam dünyasının mədəniyyət paytaxtı elan edilməsi ilə əlaqədar Pakistan Milli Kitabxanasında fotosərgi və “Şuşa - 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı: Müsəlman dünyasının zəngin irsinin sübutu” adlı seminar keçirilib.

Fact-info.az xəbər verir ki, tədbir iştirakçıları Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri, o cümlədən İslam mədəniyyətinin inkişafında, zənginləşməsində öz tarixi, dini abidələri, dahi şəxsiyyətləri ilə əhəmiyyətli rol oynamış Şuşa şəhərinə dair fotosərgi ilə tanış olublar.

Seminar zamanı əvvəlcə hər iki ölkənin Dövlət himnləri səsləndirilib, Şuşa şəhəri ilə bağlı məlumatları özündə əks etdirən videoçarx nümayiş olunub.

Səfir Xəzər Fərhadov ötən ilin sentyabrında Doha şəhərində keçirilmiş İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı elan edildiyini bildirib. Sözügedən qərarın heç də təsadüfi olmadığını qeyd edən səfir, bunun ölkəmiz üçün tarixi hadisə olduğunu və İslam aləminin Şuşanın timsalında Azərbaycan mədəniyyətinə verdiyi yüksək hörmətin əlaməti olaraq qiymətləndirildiyini vurğulayıb. Diqqətə çatdırıb ki, bu gün qədim tariximizi özündə təcəssüm etdirən Şuşa şəhəri bir çox beynəlxalq tədbirə, o cümlədən böyük mədəniyyət layihələrinə ev sahibliyi edir.

Səfir 44 günlük Vətən müharibəsindən, eləcə də 2023-cü ilin sentyabrda antiterror əməliyyatlarından danışaraq, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun erməni təcavüzünə son qoyduğunu, Qarabağın, o cümlədən Şuşanın işğaldan azad edildiyini, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini təmin etdiyini diqqətə çatdırıb. Hazırda həmin ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri, eləcə də “Böyük Qayıdış” proqramı barədə məlumat verilib.

Digər məruzəçilər Şuşa şəhərinin keçmişi, ədəbiyyatı, incəsənətimizə böyük töhfələr vermiş şuşalı sənətkarların zəngin irsi, Şuşa şəhərinin mədəniyyət paytaxtına çevrilməsi istiqamətində görülən işlər, İslam mədəniyyət tarixində Şuşa şəhərinin yeri barədə danışıblar.




Baxış sayı: 150
Zelenski: Ukraynanın gələn il ayaqda qalması üçün ən azı 115 milyard avro lazımdır Dünən, 19:30 Azərbaycandan Ermənistana məhsulların ixracı Gürcüstan nəqliyyat sisteminin töhfəsidir Dünən, 19:00 Londonda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq simpozium keçiriləcək Dünən, 18:30 Mətbuat Şurasından xəbərdarlıq: “Etik qaydalar pozulmamalıdır” Dünən, 17:00 Zəngəzur dəhlizi heç bir dövlətin maraqlarına zidd deyil Dünən, 16:30 Xəzərdə küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib Dünən, 14:00 Ağdərə və Xocalı sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib Dünən, 12:00 Azərbaycan Prezidenti: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib Dünən, 11:30 Türkiyə Prezidenti: Müdafiə sənayesində daha çox nailiyyətlər əldə etməliyik Dünən, 08:30 Yanvarın 1-də müddətli həqiqi hərbi xidmətə çağırış başlayacaq - SƏRƏNCAM Dünən, 08:30 Azərbaycanın görkəmli sənətkarı Aşıq Pənah Pənahovun 100 illik yubileyi qarşısında 23-11-2026, 16:30 Prezident İlham Əliyev Trampa təşəkkür edib 23-11-2026, 16:00 TAP layihəsi Avropanın enerji təhlükəsizliyi baxımından mühüm əməkdaşlıq nümunəsidir 23-11-2026, 15:00 Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts 23-11-2026, 15:00 Səməd bəy Mehmandarovun 170 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb 23-11-2026, 14:30 Qlobal bazarlarda narahatlıq davam edir 23-11-2026, 13:30 Ermənistanın yeni Konstitusiya layihəsinin mətnində Müstəqillik Bəyannaməsinə istinad edilməyib 23-11-2026, 11:00 "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir" - Azərbaycan Prezidenti 23-11-2026, 11:00 Kuşner Ukraynaya təhlükəsizlik zəmanətlərinin şərtlərini açıqlayıb 23-11-2026, 09:00 İtkinlərin taleyi aydınlaşmadan etimad möhkəmlənə bilməz 23-11-2026, 09:00 Vyetnam Prezidenti: Azərbaycanı regionda daimi mühüm strateji tərəfdaş kimi qəbul etmişik 21-11-2026, 12:30 Yeni Azərbaycan Partiyasının yaradılmasından 34 il ötür 21-11-2026, 11:00 Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub 21-11-2026, 11:00 Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş keçirilib 21-11-2026, 11:00 Ağdam Şəhər Günü konsert proqramı ilə qeyd olunub 20-11-2026, 20:00 Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən “Eternity-2026” təlimi başa çatıb 20-11-2026, 19:00 Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub 20-11-2026, 12:30 Azərbaycana akkreditə olunmuş diplomatlar Böyük Qayıdış prosesi barədə məlumatlandırılıblar 20-11-2026, 12:30 Məleykə Abbaszadə BDU-nun rektoru vəzifəsinə təyinatı ilə bağlı açıqlama yayıb 20-11-2026, 11:00 QHT Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir 20-11-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30