FACT-INFO.AZ » SİYASƏT » Azərbaycan və Türkiyə parlamentləri arasında əlaqələr bütün istiqamətlər üzrə genişlənməkdədir
19-12-2024, 08:30 | SİYASƏT
Azərbaycan və Türkiyə parlamentləri arasında əlaqələr bütün istiqamətlər üzrə genişlənməkdədir

Azərbaycan və Türkiyə parlamentləri arasında əlaqələr çox yüksək səviyyədədir və bütün istiqamətlər üzrə genişlənməkdədir.

Fact-info.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşla görüşdən sonra mətbuata açıqlamasında deyib.

Mətbuat konfransında çıxış edən Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş bir daha Azərbaycan Milli Məclisinin sədrini salamlayaraq, bu səfərin yüksək səviyyədə olan parlamentlərarası əlaqələrin daha da genişlənməsinə töhfə verəcəyinə inamını ifadə edib.

Azərbaycan və Türkiyənin regionda sülh və sabitliyin, inkişafın təmin olunmasına mühüm töhfələrini qeyd edən TBMM sədri həmçinin ölkələrimizin öncüllüyü ilə Türk dünyasının daha da güclənməsi, Türk dövlətləri arasında birliyin möhkəmlənməsi istiqamətində atılan addımları təqdir edib. Numan Kurtulmuş Azərbaycanın bu istiqamətdə atdığı addımları tarixi addımlar kimi qiymətləndirib.

O, Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi zəfər, antiterror əməliyyatları nəticəsində ərazi bütövlüyü və suverenliyini təmin etməsindən sonra regionda davamlı sülhün və sabitliyin təmin olunması üçün yeni imkanlar yarandığını deyərək, Zəngəzur dəhlizinin açılmasının önəmini vurğulayıb. TBMM sədrinin sözlərinə görə, bu dəhlizin açılması region dövlətləri ilə yanaşı, regiona qonşu olan dövlətlərin də mənafeyinə cavab verir.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova çıxış edib.

Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirildiyini xatırladan spiker Sahibə Qafarova, Milli Məclisin sədri seçildikdən sonra ilk rəsmi səfərini, artıq ölkələrimiz arasında formalaşmış ənənəyə uyğun olaraq, qardaş Türkiyə Cümhuriyyətinə etdiyini bildirib. Sahibə Qafarova bu səfərin onun Azərbaycan Respublikası Milli Məclisinin sədri kimi Türkiyə Cümhuriyyətinə artıq üçüncü rəsmi səfəri olduğunu, hər səfərində qardaş Türkiyənin daha da tərəqqisinin şahidi olduğunu deyib. O, qardaş Türkiyənin Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında bütün sahələrdə hərtərəfli inkişaf etdiyini, böyük nailiyyətlər əldə etdiyini, artıq qlobal miqyasda gedən proseslərə təsir göstərdiyini, sülhə və sabitliyə töhfə verdiyini deyib.

Azərbaycan-Türkiyə münasibətlərinin hazırki yüksək səviyyəsindən danışan Milli Məclisin sədri deyib ki, müasir Azərbaycan-Türkiyə münasibətləri, xalqlarımızın birliyi və həmrəyliyi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin "Bir millət iki dövlət" kəlamını ən parlaq şəkildə təcəssüm etdirir. Ölkələrimiz və xalqlarımız həm sevincli, həm də kədərli günlərdə bir yerdədirlər və bütün məsələlərdə bir-birini qeyd-şərtsiz və tərəddüdsüz dəstəkləyirlər.

Dövlət başçılarımız - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın siyasi iradəsi, qətiyyəti və birgə səyləri sayəsində bu münasibətlərin özünün ən yüksək zirvəsinə - müttəfiqlik səviyyəsinə çatdığını deyən Sahibə Qafarova bildirib ki, əməkdaşlıq əlaqələrimiz bütün istiqamətlər üzrə hərtərəfli inkişaf edir. Dövlət başçılarımızın müəyyən etdikləri hədəflər, verdikləri tapşırıqlar uğurla icra olunur.

Bu gün Türkiyə Böyük Millət Məclisində keçirdiyi müzakirələrdə parlamentlərimiz arasındakı əlaqələrin bir daha nəzərdən keçirildiyini bildirən spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, qanunverici orqanlarımız arasında əlaqələr hazırda çox yüksək səviyyədədir və müttəfiqlik ruhuna uyğun olaraq, bütün istiqamətlər üzrə genişlənməkdədir. Parlament sədrləri qarşılıqlı səfərlərlə yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində də görüşür və müzakirələr aparır. Dostluq qrupları sıx dialoq içərisindədir. Daha öncədən əldə olunmuş razılaşmalara uyğun olaraq, artıq müxtəlif sahələrdə fəaliyyət göstərən komitələrimiz arasında da əməkdaşlıq dərinləşməkdədir.

Milli Məclisin sədri həmçinin diqqətə çatdırıb ki, parlament nümayəndə heyətlərimiz arasında da çoxsaylı qarşılıqlı səfərlər həyata keçirilir. Xatırladılıb ki, bugünlərdə Türkiyə Böyük Millət Məclisinin böyük nümayəndə heyəti Bakıda Beynəlxalq Parlament Konfransında iştirak edib, işğaldan azad olunmuş ərazilərimizə səfər edib.

İkitərəfli əməkdaşlıqla yanaşı, Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-Pakistan kimi uğurlu üçtərəfli əməkdaşlıq formatlarının da mövcud olduğu qeyd edilib. O da diqqətə çatdırılıb ki, beynəlxalq platformalarda, parlament təşkilatlarında qarşılıqlı dəstək işimiz yüksək səviyyədədir. Nümayəndə heyətlərimiz bütün məsələlərdə bir-birini dəstəkləyir, ortaq mövqe nümayiş etdirirlər. Əməkdaşlığımızın mühüm istiqamətlərindən biri Türk Dövlətləri Parlament Assambleyası çərçivəsində digər türk dövlətlərinin parlamentləri ilə birgə fəaliyyətimizdir. Parlamentlərimiz də Türk dünyasının daha da sıx birləşməsi məsələsində üzərimizə düşən vəzifələri yerinə yetirməyə çalışır.

Sonda bugünkü müzakirələrin yekunu barədə də məlumat verən Milli Məclisin sədri deyib ki, gəlinən fikir birliyi budur ki, onsuz da yüksək səviyyədə olan parlamentlərarası əlaqələrimizi daha da inkişaf etdirək, Azərbaycan-Türkiyə qardaşlıq və müttəfiqlik münasibətlərinin, birlik və həmrəyliyinin daha da möhkəmləndirilməsi və dərinləşdirilməsinə töhfə verək.




Baxış sayı: 145
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30