FACT-INFO.AZ » SİYASƏT » 2023-cü ildə Azərbaycanın suverenliyinin bərpası Cənubi Qafqazın tarixində mühüm hadisə oldu
18-12-2024, 21:00 | SİYASƏT / TƏDQİQATLAR-ANALITIKA
2023-cü ildə Azərbaycanın suverenliyinin bərpası Cənubi Qafqazın tarixində mühüm hadisə oldu

2024-cü ildə Cənubi Qafqazda bir sıra amillərin, o cümlədən Azərbaycan və Ermənistan arasında sülh sazişinin bağlanması üzrə danışıqlar prosesinin inkişafı ilə əlaqədar mühüm geosiyasi dəyişikliklər baş verdi. Bu proses regional siyasətin mərkəzi elementinə çevrilib və onun əsas iştirakçıları təkcə Rusiya kimi ənənəvi güclər deyil, həm də yeni fəal oyunçular – Türkiyə, ABŞ və Avropa İttifaqıdır. Çoxdan gözlənilən sülh axtarışları fonunda bu dinamik dəyişikliklər tarixi gərginliyin tənzimlənməsi üçün yeni perspektivlər yaradır, eyni zamanda, strateji əhəmiyyətli regionda təsir uğrunda xarici aktorlar arasında rəqabəti artırır. 

Bu barədə ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun tədqiqatçısı, politoloq Anastasiya Lavrinanın İtaliyanın “Eurasiaticanews” nəşrində dərc olunan məqaləsində deyilir.

Müəllif vurğulayır ki, 2023-cü il Cənubi Qafqazın tarixində mühüm məqam olub: Azərbaycanın Qarabağdakı bütün ərazilərində dövlət suverenliyi bərpa olunub. Bu hadisə Ermənistanın 1980-ci illərin sonunda başladığı və iki Qarabağ müharibəsinə səbəb olmuş uzunmüddətli münaqişəyə son qoyub. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Silahlı Qüvvələri Ermənistan işğalçılarının Azərbaycan ərazisində separatçı rejiminin mövcudluğuna son qoyan lokal xarakterli antiterror tədbirləri keçirib. Həmin hadisələr Bakı ilə İrəvan arasında gələcək sülh danışıqlarına və münasibətlərin normallaşmasına imkan yaradıb.

Politoloqun yazdığı kimi, 2024-cü ildə iki dövlət arasında sərhədin delimitasiya və demarkasiya prosesi başlayıb. Aprel ayında Azərbaycan və Ermənistan ərazi mübahisələrinin yekun tənzimlənməsi istiqamətində ilk addımı atıblar. Ermənistan 4 sərhədyanı kəndi Azərbaycanın nəzarətinə qaytarıb. O vaxt yerli sakinlərlə görüşündə baş nazir Nikol Paşinyan bildirib ki, kəndlər de-yure Azərbaycan ərazisi olduğundan onların qaytarılmasının alternativi yoxdur. Alma-Ata Bəyannaməsini sərhədlərin delimitasiyası prosesinin əsası kimi müəyyən etməklə tərəflər keçmiş SSRİ respublikalarının sərhədləri daxilində bir-birlərinin ərazilərini tanıyırlar.

ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ikitərəfli sazişin mətninin hazırlanmasında əhəmiyyətli irəliləyişin olduğunu bildirib. Öz növbəsində Ermənistanın baş naziri Nikol Paşinyan Milli Assambleyada hökumət saatında çıxışı zamanı qeyd edib ki, İrəvan və Bakı sülh sazişi layihəsi üzərində iş prosesini sürətləndirir. Politoloq məqaləsində diqqətə çatdırıb ki, Bakının əsas tələblərindən biri -Azərbaycana qarşı ərazi iddialarını özündə əks etdirən Ermənistan Konstitusiyasının dəyişdirilməsi zərurəti – həll olunmayıb.

Ermənistanda siyasi vəziyyət gərgin olaraq qalır. Baş nazir Nikol Paşinyan Azərbaycanla münasibətlərin yaxşılaşdırılması kursunu davam etdirmək istəyini ifadə edir, lakin o, ölkə daxilində güclü müxalifətlə, eləcə də bir sıra Qərb ölkələrindəki erməni diasporunun ayrı-ayrı nümayəndələrinin tənqidi ilə üzləşir.

Avropa İttifaqı Avropa Komissiyası və digər Avropa agentlikləri tərəfindən maliyyələşdirilən və əlaqələndirilən müxtəlif humanitar proqramlar vasitəsilə Ermənistana fəal şəkildə cəlb olunub. Aİ-nin uzunmüddətli missiyası 2023-cü il fevralın 20-dən 2 il müddətinə Ermənistanda yerləşdirilib və ilkin olaraq 100 nəfərdən ibarət olub. 2023-cü ilin dekabrında Aİ missiyanın 209 nəfərə (əvvəlki 138 əvəzinə) çatdırılacağını elan edib. Bu missiyanın vəzifəsinin heç də sülhü təşviq etmək deyil, Rusiya, İran və Türkiyənin maraqlarına zidd olaraq bölgədə mövqe qazanmağın zəruriliyi olduğunu hesab edənlər var.

Lavrina vurğuladığı kimi, Fransa Ermənistanı, o cümlədən silah tədarükünü fəal şəkildə dəstəkləyir və bu, Azərbaycan və Türkiyədə narahatlıq doğurur. Bu dəstək gərginliyi artırmaq məqsədilə ikitərəfli danışıqlar prosesinə müdaxilə kimi qəbul edilir. Azərbaycan bu cür hərəkətləri neytrallığın pozulması, Türkiyə - təhlükəsizliyə təhdid, Rusiya isə ona qarşı ikinci cəbhə açmaq istəyi kimi qiymətləndirir.

“Türkiyə ərazi bütövlüyü və təhlükəsizlik məsələlərində Bakını fəal dəstəkləyir, eyni zamanda, regionda iqtisadi mövcudluğunu genişləndirir. Ankara Cənubi Qafqazı daha geniş iqtisadi və enerji layihələrinə, o cümlədən nəqliyyat dəhlizlərinə və enerji infrastrukturuna inteqrasiya etməyə çalışır. Tarixi gərginliklərə baxmayaraq, son illər Türkiyə ilə Ermənistan arasında münasibətləri normallaşdırmaq üçün cəhdlər edilib. Türkiyə və Ermənistanın xüsusi nümayəndələri münasibətlərin normallaşdırılmasını müzakirə etmək üçün bir neçə görüş keçiriblər. Lakin ən mühüm hadisə kimi Ermənistanın baş naziri Nikol Paşinyanla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 79-cu sessiyası çərçivəsində görüşü hesab etmək olar. İrəvanla ikitərəfli münasibətləri daha da yaxşılaşdırmaq üçün Ankaranın əsas şərti Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasıdır. Türkiyənin bu bəyanatı və yanaşması, bir tərəfdən, onun regionda sabitliyin təmin edilməsində strateji marağını əks etdirir, digər tərəfdən, Azərbaycanın mövqeyinə sıx bağlılığını nümayiş etdirir”, - deyə Anastasiya Lavrina bildirib.

Rusiyanın Azərbaycanla münaqişəyə müdaxilə etməkdən imtina etməsi səbəbindən 2023-cü ildə Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirakının dondurulmasına baxmayaraq, Moskva ölkəyə, xüsusən də təhlükəsizlik, iqtisadiyyat və enerji sahələrində əhəmiyyətli təsirini saxlamaqda davam edir. Ermənistan öz ərazisində Rusiya hərbi bazalarının olması, eləcə də sıx iqtisadi və enerji əlaqələri, o cümlədən Avrasiya İqtisadi İttifaqına üzvlük çərçivəsində bağlı olması səbəbindən Rusiyadan strateji asılı olaraq qalır.

“Beləliklə, 2024-cü il Cənubi Qafqaz üçün dönüş nöqtəsi olub, regionda sülh və sabitlik üçün yeni perspektivlər açıb. Eyni zamanda, proseslərdə Türkiyə, Rusiya və Avropa İttifaqının fəal iştirakı siyasi atmosferi formalaşdırmağa davam edir. Bakı və İrəvan üçün ikitərəfli sülh danışıqlarının davam etdirilməsi vacibdir, hərçənd Cənubi Qafqazda sülh üçün regional və qlobal təhlükəsizliyin daha geniş kontekstini əhatə edən hərtərəfli yanaşma lazımdır”, - deyə analitik məqaləsini yekunlaşdırıb.




Baxış sayı: 240
Türkiyə Prezidenti: Müdafiə sənayesində daha çox nailiyyətlər əldə etməliyik Bu gün, 08:30 Yanvarın 1-də müddətli həqiqi hərbi xidmətə çağırış başlayacaq - SƏRƏNCAM Bu gün, 08:30 Azərbaycanın görkəmli sənətkarı Aşıq Pənah Pənahovun 100 illik yubileyi qarşısında Dünən, 16:30 Prezident İlham Əliyev Trampa təşəkkür edib Dünən, 16:00 TAP layihəsi Avropanın enerji təhlükəsizliyi baxımından mühüm əməkdaşlıq nümunəsidir Dünən, 15:00 Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts Dünən, 15:00 Səməd bəy Mehmandarovun 170 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb Dünən, 14:30 Qlobal bazarlarda narahatlıq davam edir Dünən, 13:30 Ermənistanın yeni Konstitusiya layihəsinin mətnində Müstəqillik Bəyannaməsinə istinad edilməyib Dünən, 11:00 "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir" - Azərbaycan Prezidenti Dünən, 11:00 Kuşner Ukraynaya təhlükəsizlik zəmanətlərinin şərtlərini açıqlayıb Dünən, 09:00 İtkinlərin taleyi aydınlaşmadan etimad möhkəmlənə bilməz Dünən, 09:00 Vyetnam Prezidenti: Azərbaycanı regionda daimi mühüm strateji tərəfdaş kimi qəbul etmişik 21-11-2026, 12:30 Yeni Azərbaycan Partiyasının yaradılmasından 34 il ötür 21-11-2026, 11:00 Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub 21-11-2026, 11:00 Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş keçirilib 21-11-2026, 11:00 Ağdam Şəhər Günü konsert proqramı ilə qeyd olunub 20-11-2026, 20:00 Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən “Eternity-2026” təlimi başa çatıb 20-11-2026, 19:00 Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub 20-11-2026, 12:30 Azərbaycana akkreditə olunmuş diplomatlar Böyük Qayıdış prosesi barədə məlumatlandırılıblar 20-11-2026, 12:30 Məleykə Abbaszadə BDU-nun rektoru vəzifəsinə təyinatı ilə bağlı açıqlama yayıb 20-11-2026, 11:00 QHT Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir 20-11-2026, 09:30 Ukraynanı və Azərbaycanı qarşılıqlı hörmət birləşdirir 19-11-2026, 19:30 “Eternity-2026” təlimi çərçivəsində Azərbaycan-Gürcüstan nümayəndələrinin görüşü keçirilib 19-11-2026, 19:00 Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach 19-11-2026, 17:30 Putin Ukrayna ilə danışıqların müddəti barədə danışıb 19-11-2026, 17:00 Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib 19-11-2026, 14:30 Azərbaycanda aqrar subsidiyalardan investisiyayönümlü dəstəyə keçid hədəflənir 19-11-2026, 12:30 On ayda sürət həddinin aşılması səbəbindən yol qəzalarında 256 nəfər ölüb 19-11-2026, 12:00 Azərbaycan və Gürcüstan alimləri Nizami və Rustaveli yaradıcılığını birgə tədqiq edirlər 19-11-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30