FACT-INFO.AZ » İQTİSADİYYAT » UNEC-də XVI Karyera Yarmarkası
8-05-2025, 11:00 | İQTİSADİYYAT
UNEC-də XVI Karyera Yarmarkası

UNEC-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində UNEC-in 95 illik yubileyinə həsr olunan XVI Karyera Yarmarkası keçirilib.

Fact-info.az xəbər verir ki, tələbə və məzunlar üçün təşkil edilən Karyera Yarmarkasının açılışında UNEC-in rektoru professor Ədalət Muradov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Abşeron Logistika Mərkəzinin İdarə Heyətinin sədri Ziya Ağayev, işəgötürənlər və digər qonaqlar iştirak ediblər.

Açılış mərasimində çıxış edən UNEC-in rektoru professor Ədalət Muradov Karyera yarmarkasında 105 şirkət tərəfindən 1050-dən çox vakansiyanın təqdim edildiyini bildirib. O, tələbə və məzunların məşğulluq göstəricisinin vacibliyinə diqqət çəkərək, onların layiqli iş tapmasının universitet qarşısında duran əsas vəzifələrdən biri olduğunu qeyd edib: “Formalaşdırdığımız insan kapitalına əmək bazarı tərəfindən verilən dəyərin göstəricisi kimi məzunlarımıza təklif olunan əməkhaqqının məbləği fikrimizcə, daha önəmlidir" deyə, rektor bildirib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Abşeron Logistika Mərkəzinin İdarə Heyətinin sədri Ziya Ağayev çıxışlarında gənclərin məşğulluğunun təmin edilməsi istiqamətində görülən işlərdən və əmək bazarına uyğun bilik və bacarıqların əldə edilməsinin əhəmiyyətindən danışıblar. Bu cür tədbirlərin tələbə və məzunların əmək bazarına çıxışını dəstəkləmək, onların ixtisas və maraqlarına uyğun iş yerlərinə dair məlumatlandırılması və işəgötürənlərlə ilkin əlaqələr qurmaq baxımından önəmli rol oynadığını bildiriblər.

Karyera yarmarkasında iştirak edən 2 minə yaxın tələbə və məzun vakansiyalar barədə ətraflı məlumat alaraq, uyğun vakansiyalara CV-lərini təqdim ediblər, işəgötürənlər tərəfindən isə namizədlərin qeydiyyatı həyata keçirilib.




Baxış sayı: 145
Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30