FACT-INFO.AZ » XƏBƏR » “Konstitusiya və Suverenlik İli” çərçivəsində Gürcüstanın Qardabani şəhərində elmi-praktik konfrans keçirilib
7-05-2025, 20:00 | XƏBƏR
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Gürcüstanın Qardabani şəhərində elmi-praktik konfrans keçirilib

2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan edilməsi çərçivəsində Gürcüstanın Qardabani şəhərində elmi-praktik konfrans keçirilib. Fact-info.az xəbər verir ki, konfrans Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Qardabani Təhsil və İnteqrasiya Mərkəzinin (QTİM) təşkilatçılığı ilə keçirilib.

Qardabani şəhər Sakrebulosunun binasında baş tutan tədbir Azərbaycanın və Gürcüstanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra QTİM-nin direktoru Çiçək Hüseynova çıxış edərək hər bir müstəqil dövlətin möhkəmlənməsində konstitusiyanın rolu barədə ətraflı məlumat verib, müstəqillik, suverenlik və konstitusiya quruluşunun mahiyyəti barədə danışıb.

Sonra Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Cavid Məhərrəmov Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Konstitusiya və Suverenlik İli”nin əhəmiyyəti barədə ətraflı məlumat verib. Bildirib ki, 1995-ci ildə Ulu Öndərin rəhbərliyi ilə Azərbaycanın Milli Konstitusiyası qəbul edilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad edib və Azərbaycanın bütün ərazisində suverenliyimizi bərpa edib.

“Xalqımız böyük qürur və fəxarət hissi ilə bu il müəllifi Ümummilli Liderimiz Heydər Əliyev olan Milli Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Prezident, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış tarixi Qələbəmizin 5-ci ildönümünü təntənə ilə qeyd edəcək. Əminliklə deyə bilərik ki, mühüm tarixi əhəmiyyətə malik olan bu Sərəncam tarixi Zəfərimizin regionda və dünya siyasətində yol açdığı yeniliklərin, eyni zamanda, 1995-ci ildə Milli Konstitusiyamızın qəbul edilməsindən ötən dövr ərzində Azərbaycanın hüquqi dövlət kimi möhkəmlənən mövqeyinin təqdimatında əsaslı rol oynayacaq”, - deyə C.Məhərrəmov vurğulayıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Elvin Əsgərov çıxışında ilk Milli Konstitusiyamızın qəbulunda Ulu Öndərin müstəsna xidmətləri, Vətən müharibəsində qazanılan uğurlar barədə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan dövləti Gürcüstanda yaşayan soydaşlarımızın və digər xarici ölkələrdəki diaspor təşkilatlarımızın qayğısına qalır.

Daha sonra ictimai fəal, İqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva, Gürcüstan Ağsaqqallar Şurasının sədri İsak Novruzov, Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan üzrə nümayəndəsi Məhəmməd Şamilov, professor Mahmud Kamaloğlu çıxış edərək konstitusiyanın hər bir ölkənin həyatında, milli-mənəvi dəyərlərin, insan hüquq və azadlıqlarının qorunmasında rolunu xüsusi qeyd ediblər.

 




Baxış sayı: 305
Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30