FACT-INFO.AZ » MƏDƏNİYYƏT » “Səhra qartalı” kitabının təqdimatı olub
5-05-2025, 19:30 | MƏDƏNİYYƏT
“Səhra qartalı” kitabının təqdimatı olub

Azərbaycan Yazıçılar Birliyində (AYB) yazıçı-publisist Reyhan Mirzəzadənin yeni nəşr olunmuş “Səhra qartalı” kitabının təqdimatı keçirilib.

 Fact-info.az xəbər verir ki, əvvəlcə İkinci Dünya müharibəsinin 80 illiyi və sovet yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Mixail Şoloxovun anadan olmasının 120 illiyi ilə bağlı film nümayiş olunub.

Təqdimat mərasimində çıxış edən Milli Məclisin deputatı Aydın Mirzəzadə kitab barədə məlumat verib. Onun sözlərinə görə, yeni nəşr olunan əsər İkinci Dünya müharibəsinin 80 illiyi çərçivəsində görkəmli rus yazıçısı Mixail Şoloxovun həyatı və yaradıcılığına həsr olunub. “Nəfis tərtibatla çap olunan kitabda təkcə Azərbaycan qəhrəmanları deyil, həm də dost və qardaş xalqların müharibədə göstərdikləri fədakarlıqlar geniş şəkildə əks olunub. Kitab maraqlı tarixi faktlar, ədəbi irs nümunələri və müharibə mövzusuna dair nadir poeziya parçaları ilə zəngindir. 1965-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülən Şoloxovun yaradıcılığı Azərbaycan ədəbiyyatının inkişafına da təsir göstərib. Keçmiş və müasir yazıçılarımız onun irsinə böyük maraqla yanaşır və onu öyrənməyə çalışırlar”,- deyə A.Mirzəzadə əlavə edib.

Kitabın müəllifi Reyhan Mirzəzadə yeni kitabı barədə məlumat verib: “İkinci Cahan savaşında Azərbaycan xalqı misilsiz qəhrəmanlıq göstərib. 700 minə yaxın azərbaycanlı döyüşlərə qatılıb, cəbhədə və arxa cəbhədə fədakarlıqla çalışıb. Bakı nefti SSRİ-nin hərbi texnikasının əsas qaynağına çevrilib. Oğul və qızlarımız cəsarətlə vuruşaraq orden və medallarla təltif olunub. Həkimlərimiz isə yaralanmış minlərlə əsgəri həyata qaytarıb. Müharibə dövründə və ondan sonra elm, sənaye, kənd təsərrüfatı, mədəniyyət və incəsənətdə çalışan azərbaycanlılar da fədakarlıq göstərib. Xalqımız Sovet İttifaqı qəhrəmanları ilə haqlı olaraq fəxr edib. Hər xalqın mədəniyyət tarixində parlaq şəxsiyyətlər olur ki, onların fəaliyyəti xalqın mənəviyyatını zənginləşdirir. Belə şəxsiyyətlərdən biri də dünyaşöhrətli yazıçı Mixail Şoloxovdur. O, həyatını iki müharibə, siyasi qarşıdurmalar dövründə yaşayıb, 1941–1945-ci illərdə isə alman faşizminə qarşı mübarizədə fəal iştirak edib. Şoloxov fitri istedada malik, vətənpərvər bir sənətkar idi. Onun fikrincə, Vətənini sevməyən, onun tarixini bilməyən sənətkar xalqı üçün dəyərli bir əsər yarada bilməz”.

Daha sonra tədbirdə Rusiyanın Azərbaycandakı səfirliyinin birinci katibi Pavel Kuznetsov, Azərbaycanın Rus İcmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin, “Azərbaycan Dağ Yəhudiləri” Dini İcmasının sədri Milix Yevdayev və digər çıxışçılar Reyhan Mirzəzadənin çoxşaxəli yaradıcılığından, onun ədəbiyyata verdiyi töhfələrdən danışıblar. Onun müəllifin “Səhra qartalı” əsərinin tarixi və ədəbi baxımdan əhəmiyyətini vurğulayıblar.




Baxış sayı: 150
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30