Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ lideri Donald Tramp arasında telefom danışığı olub.
Fact-info.az xəbər verir ki, Ərdoğan ABŞ prezidentini Türkiyəyə səfərə dəvət edib.
Tərəflər telefon danışığı zamanı, Türkiyə və ABŞ münasibətlərini, eləcə də beynəlxalq məsələləri müzakirə ediblər.
Ərdoğan, Türkiyənin ABŞ ilə müdafiə sənayesi başda olmaqla bir çox sahədə əməkdaşlığın inkişafı üçün addımlar atmağa davam edəcəyini bildirib.
ABŞ prezidenti Trampın müharibələrə son qoymağa yanaşmasını dəstəklədiyini ifadə edən Ərdoğan, İranla aparılan danışıqlar prosesini və Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün göstərilən səyləri təqdir etdiyini vurğulayıb.
Tramp isə telefon danışığı barədə “Prezident Ərdoğanla birliklə çalışmağı səbirsizliklə gözləyirəm” deyib.
ABŞ prezidenti “Truth Social” hesabındakı paylaşımında görüşlə bağlı yazıb: “Türkiyə Prezidenti Ərdoğan ilə Rusiya-Ukrayna müharibəsi, Suriya, Qəzza və daha bir çox mövzuda faydalı telefon danışığı gerçəkləşdirdim”.
Baxış sayı: 125
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
