Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə telefon danışığında Hindistanın Pakistan ərazisinə endirdiyi zərbələrdən sonra artan gərginliyi müzakirə edib.
Fact-info.az xəbər verir ki, Türkiyə dövlətinin başçısı İslamabadla həmrəy olduğunu, habelə həlak olan pakistanlıların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralıların tezliklə sağalmasını diləyib.
Türkiyə Prezidenti Pakistanın balanslaşdırılmış siyasətini dəstəklədiyini bildirib, İslamabadın Cammu və Kəşmirdəki terror aktı ilə bağlı şəffaf və obyektiv beynəlxalq araşdırmanın aparılması təşəbbüsünü vaxtında edilmiş adlandırıb.
Ərdoğan Ankaranın Cənubi Asiyada gərginliyin qarşısının alınmasına mümkün töhfə verməyə hazır olduğunu vurğulayıb, Türkiyənin bu istiqamətdə diplomatik səylərini davam etdirəcəyinə əminliyini bildirib.
Baxış sayı: 105
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia
