Ermənistanın hökumətyönlü “Telegram” kanallarını oxumaq xəstəliyə səbəb ola bilər. Ona görə də onları oxumamaq daha yaxşıdır.
Fact-info.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova erməni jurnalistin Ermənistanın “Telegram” kanallarında yayılan geniş məlumatlara görə, Azərbaycanın guya üçüncü ölkə vasitəsilə Hindistana silah alınması ilə bağlı təklif göndərdiyi barədə sualını cavablandırıb.
“Ermənistanda hökumətyönlü “Telegram” kanalları çox şeylərə inandırmağa çalışırlar. Onları oxusanız, mənə elə gəlir ki, xəstələnə bilərsiniz. Ona görə də onları oxumamaq daha yaxşıdır - onlar bəzən elə cəfəngiyyatlar yayırlar”, - deyə Zaxarova bildirib.
O əlavə edib ki, Azərbaycan və Ermənistanın Hindistanla hərbi-texniki əməkdaşlığı bu dövlətlərin öz işidir: “Müvafiq qarşılıqlı əlaqələrin necə qurulması onların işidir”.
Baxış sayı: 140
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
