FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Ankarada “Zəfər tariximizin fatehləri” kitabının təqdimatı olub
18-12-2024, 11:00 | MƏDƏNİYYƏT
Ankarada “Zəfər tariximizin fatehləri” kitabının təqdimatı olub

Türkiyənin Ankara şəhərində tanınmış ictimai xadim, yazıçı Zərifə Quliyevanın “Zəfər tariximizin fatehləri” kitabının təqdimat mərasimi keçirilib.

Fact-info.az xəbər verir ki, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) binasında keçirilən tədbiri Azərbaycanın Türkiyədəki səfirliyi və Kocaelidəki Heydər Əliyev adına Mədəniyyət Evi təşkil edib. Təqdimat mərasimində Türkiyə parlamentinin deputatları, diplomatlar, dövlət qurumlarının nümayəndələri, elm adamları, iki qardaş ölkə ictimaiyyətlərinin nümayəndələri iştirak ediblər.

Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı tədbiri açaraq qurumun Baş katibi Sultan Raevin adından iştirakçıları salamlayıb. Azərbaycanın Zəfərini bütün Türk dünyasının Qələbəsi kimi dəyərləndirən E.Qafarlı bildirib ki, qəhrəman Azərbaycan övladlarının şücaəti sayəsində 4 il bundan əvvəl ərazi bütövlüyümüz bərpa edilib, bu gün Qarabağ və Şərqi Zəngəzurun bərpası sürətlə aparılır.

Kocaelidəki Heydər Əliyev adına Mədəniyyət Evinin rəhbəri Bilal Dündar Azərbaycan və Türkiyə dövlətçiliyinin memarı Heydər Əliyevi və Mustafa Kamal Atatürkü iki qardaş ölkənin əvəzsiz irsi adlandırıb. Onun sözlərinə görə, Azərbaycanın dövlətçilik tarixində əvəzsiz xidmətləri olan görkəmli şəxsiyyətlərdən hərtərəfli bəhs edən “Zəfər tariximizin fatehləri” kitabı ilə tanış olmaq nadir fürsətlərdən biridir.

Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Elnur Hüseynov vurğulayıb ki, xalqın qəhrəmanlıq səhifələrinin dünya ictimaiyyətinə çatdırılması ölkəmizin həqiqətlərinin təbliği baxımından çox vacibdir. O, Zərifə Quliyevanın kitabının əvvəllər Azərbaycanda və Özbəkistanda təqdimatının keçirildiyini də xatırladıb.

Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım isə öz növbəsində qeyd edib ki, Azərbaycanın tarixi torpaqlarının işğaldan azad olunması məsələsində beynəlxalq ictimaiyyətin fəaliyyətsizliyi Azərbaycan xalqını öz gücü ilə tarixi ədaləti bərpa etmək məcburiyyəti qarşısında qoyub. O, Zərifə Quliyevanın kitabının 44 günlük Vətən müharibəsi mövzusunda yazılan nəşrlər silsiləsində öz layiqli yerini tutacağına əminliyini ifadə edib.

Sonra çıxış edən professorlar Səyyarə İbadullayeva və Zemfira Hacıyeva Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin xilasında və inkişafında rolundan danışıb, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ölkəmiz, xalqımız üçün gördüyü misilsiz işləri qeyd ediblər.

Kitabın müəllifi, “Müasir İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyeva AZƏRTAC-a açıqlamasında bildirib ki, onun kitabı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Qələbənin qazanılmasında xidmətlərinə həsr olunub.

“Kitabda Ulu Öndər Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın irsləri ilə bağlı məqalələr və nəşrlər toplanıb, Azərbaycan xalqının suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda apardığı haqlı mübarizə mövzusu geniş şəkildə işıqlandırılıb. Tarixi ədalətin bərpasında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi roluna diqqət yetirilib.

Nəşrdə ölkə üçün taleyüklü bir dövrdə Azərbaycan Ordusunun və xalqının öz Liderinin ətrafında birliyi amili vurğulanır, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti yüksək qiymətləndirilir”, - deyə müəllif diqqətə çatdırıb.

Zərifə Quliyeva Azərbaycan gənclərini Ümummilli Liderin kursuna sadiq olmağa çağırıb.

Müəllif, həmçinin qeyd edib: “Sevindirici haldır ki, qardaş Türkiyədə “Zəfər tariximizin fatehləri” kitabının təqdimatı keçirilir. Türkiyə-Azərbaycan birliyi əbədidir”.

Tədbir çərçivəsində Ulu Öndər Heydər Əliyevin irsi mövzusunda videoçarx nümayiş olunub.




Baxış sayı: 225
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30