FACT-INFO.AZ » XƏBƏR » Görkəmli alim, jurnalist, müəllim Şirməmməd Hüseynovun doğum günüdür
17-12-2024, 11:00 | XƏBƏR
Görkəmli alim, jurnalist, müəllim Şirməmməd Hüseynovun doğum günüdür

Elə insanlar olur ki, onlar cəmiyyətə davranışı, elmi, ləyaqətli həyat yolu ilə hər zaman örnəkdir. Bu gün 100 yaşı tamam olan Şirməmməd Hüseynov həmin kateqoriyadan olan insanlardandır. Mübaliğəsiz demək olar ki, Şirməmməd müəllim həm dərin ziyalı, həm də ləyaqətli insan kimi  elə sağlığında böyük ehtiram qazandı. 

Elmi fəaliyyətini əsasən Azərbaycan jurnalistikası tarixinin öyrənilməsinə həsr etmiş Şirməmməd Hüseynov 30-dan çox kitab və monoqrafiya, 800-dən artıq elmi və elmi-publisistik məqalə yazıb. Yüzlərlə jurnalist kadrların yetişməsində böyük əmək sərf etmiş Şirməmməd müəllim auditoriyalarda hər zaman yenilikçi ruhu ilə seçilirdi. Onun mühazirələri, söhbətləri tələblərində dərin təsir oyadırdı.

Şirməmməd Ağaməmməd oğlu Hüseynov 1924-cü il dekabrın 17-də Şəki şəhərində anadan olub. 1940-cı ildə Şəki şəhəri Mirzə Fətəli Axundzadə adına 2 nömrəli orta məktəbi bitirib, 1940-1942-ci illərdə Şəki ikiillik Müəllimlər İnstitutunun Fizika-riyaziyyat fakültəsində oxuyub. 1945-1950-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsinin Jurnalistika şöbəsində təhsil alıb. Universiteti fərqlənmə diplomu ilə başa vurduqdan sonra M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsinin aspiranturasına qəbul olub, 1954-cü ildə təhsilini tamamlayıb və dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi alıb. Həmin ildən Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Jurnalistika kafedrasında elmi-pedaqoji fəaliyyətə başlayıb və ömrünün sonunadək orada baş müəllim, dosent, 1962-1969-cu illərdə Filologiya fakültəsinin dekan müavini, 1970-1976-cı illərdə Jurnalistika fakültəsinin dekanı, 1976-1988-ci illərdə Mətbuat tarixi və ideoloji iş metodları kafedrasının müdiri olub, 1988-ci ildən isə həmin kafedranın professoru vəzifəsində çalışıb.

Şirməmməd Hüseynov 2019-cu il iyunun 24-də Bakıda dünyasını dəyişib. İkinci Fəxri xiyabanda dəfn olunub. Urvatlı yaşayan, urvatlı bu dünyadan köçən Şirməmməd Hüseynovu  bu gün rəhmətlə, ehtiramla anırıq.




Baxış sayı: 195
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30