FACT-INFO.AZ » SİYASƏT » Türkiyəli professor Ankaranı ermənilərin yalanlarını ifşa etmək üçün daha fəal olmağa çağırıb
16-12-2024, 18:30 | SİYASƏT
Türkiyəli professor Ankaranı ermənilərin yalanlarını ifşa etmək üçün daha fəal olmağa çağırıb

Türkiyə Xarici İşlər Nazirliyi 1915-ci ildə Osmanlı İmperiyasında baş vermiş hadisələrlə bağlı ermənilərin yalanlarının ifşası istiqamətində daha fəal kurs tutmalıdır. Fact-info.az xəbər verir ki, bu fikir tanınmış iqtisadçı alim, Türkiyə ilə Avropa İttifaqı arasında əlaqələr mövzusunda çoxsaylı kitabların müəllifi, Anadolu Universitetinin (Eskişehir) professoru Rıdvan Karlukun “Sakarya” qəzetində dərc olunmuş məqaləsində yer alır.

Nəşrin müəllifi İrəvanın xaricdəki səfirlikləri də daxil olmaqla, Türkiyə əleyhinə sistemli şəkildə davam etdirdiyi təbliğata diqqət çəkib. O bildirib ki, Ermənistanın hər bir diplomatik nümayəndəliyinin səhifəsində yalançı soyqırımı ilə bağlı məlumatlar yer alır, hərçənd Türkiyənin səfirlikləri və baş konsulluqları isə 1915-ci il həqiqətləri ilə bağlı bəyanatlarla çıxış etmirlər.

Professor qeyd edib ki, erməni terrorçuları tərəfindən öldürülən Türkiyə diplomatlarının adlarının xaricdə ictimaiyyətə açıqlanmamasının səbəbləri ona məlum deyil.

“Məncə, belə bir addım çox faydalı və vacib olardı”, - deyə o, Türkiyənin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Afinadakı missiyasında keçmiş həmkarının erməni terrorçuları tərəfindən öldürüldüyünü buna misal çəkib.

Analitik Türkiyənin 1915-ci il hadisələri ilə bağlı tezislərinin faktlara əsaslandığını və Ankaranın öz mövqeyində tamamilə haqlı olduğunu vurğulayıb.

Türkiyə universitetinin müəllimi erməni soyqırımı ilə bağlı iddiaları yalan adlandırıb: “1915-ci il mayın 27-də qəbul edilən ermənilərin köçürülməsi qərarı etnik təmizləmə məqsədi güdmürdü. Van vilayətində 30 min müsəlmanın - türk və kürdün ermənilər tərəfindən qətlə yetirilməsi son damla oldu. Yəni o dövrdə Anadoluda ermənilərin soyqırımı deyil, türklərin qırğınları olub”, - deyə o, Osmanlı dövrü sənədlərində, eləcə də Rusiya, Fransa, Böyük Britaniya, Almaniya və Avstriya arxivlərində bunun çoxsaylı sübutlarının olduğunu qeyd edib.

R.Karluk Almaniyada ayrı-ayrı şəxslərin Türkiyəyə qarşı saxta tarixi hücumlar səsləndirməsi faktını “gülməli” adlandırıb: “Ermənilərin Anadolunun şərqindən köçürülməsini həyata keçirən jandarm qüvvələrinin bəzi hissələri alman zabitlərinin komandanlığı altında idi. Ona görə də Berlində ermənilərin iddialarının absurdluğunu hamıdan yaxşı bilirlər. Müvafiq məlumatlar Almaniya və Avstriya Xarici İşlər nazirliklərinin göndərişlərində yer alıb”.

Professorun sözlərinə görə, bu gün Türkiyə universitetlərinin nəzdində yalnız az sayda erməni problemlərinin araşdırılması institutları fəaliyyət göstərir. “Türkiyə ali təhsil müəssisələrini ermənilər və Ermənistan mövzusunda daha çox material dərc etməyə təşviq etmək faydalı olardı”, - deyə o bildirir.




Baxış sayı: 140
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30