FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Səttar Bəhlulzadənin anadan olmasının 115-ci ildönümü tamam olur
16-12-2024, 11:00 | MƏDƏNİYYƏT
Səttar Bəhlulzadənin anadan olmasının 115-ci ildönümü tamam olur

Bu il adı Azərbaycan boyakarlıq sənəti tarixinə mənzərə janrının yaradıcılarından biri kimi həkk olunan Dövlət mükafatı laureatı, Xalq rəssamı Səttar Bəhlulzadənin anadan olmasının 115-ci ildönümü tamam olur. Gəncləri biri-birindən dəyərli əsərlərin müəllifi, görkəmli rəssamın həyat və yaradıcılığı, təsviri sənətimizi zənginləşdirən böyük irsi ilə tanış etmək məqsədilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Təbiətin Səttar möcüzəsi” adlı məlumat bülleteni və “Səttar Bəhlulzadə-115” adlı ənənəvi və virtual kitab sərgisi hazırlanıb.

 Fact-info.az xəbər verir ki, materiallarda rəsmi sənədlər, “Tarixdə iz buraxanlar: Səttar Bəhlulzadə” adlı məqalənin tam mətni, görkəmli şəxslərin Xalq rəssamı haqqında söylədikləri dəyərli fikirlər, Səttar Bəhlulzadənin zəngin fəaliyyəti boyunca layiq görüldüyü təltif və mükafatlar haqda məlumatlar təqdim edilir. “Təbiətin Səttar möcüzəsi” adlı məlumat bülletenində Səttar Bəhlulzadənin həyat və yaradıcılığından bəhs edən 1958-2024-cü illərdə nəşr edilən “Sonuncu dərviş”, “Səttar Bəhlulzadə: gözəlliyə həsr olunmuş həyat”, “Səttar Bəhlulzadə nağılı”, “Günahlı dünyanın günahsız adamı və yaxud Səttar Bəhlulzadə romantizmi”, “Boyalarda yaşayan ömür” kimi Azərbaycan və rus dillərində 20-dən çox kitabın biblioqrafik təsviri, qısa annotasiyası, dövrü mətbuat nümunələrinin, dissertasiya və avtoreferatların siyahısı təqdim edilir. Virtual kitab sərgisində Xalq rəssamı Səttar Bəhlulzadənin Azərbaycanın füsunkar təbiətinin gözəlliklərini özünəməxsus tərzdə təsvir etdiyi, istedadlı, ecazkar dünyasının əksi olan əsərləri foto və video formatda sərgilənir, görkəmli sənətkarın xatirəsinin əbədiləşdirilməsi haqqında məlumatlar əks olunur.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan materiallar kitabxananın rəsmi saytında https://ryl.az/funds/melumat-b%C3%BClleteni

https://ryl.az/multimedia/settar-behlulzade-115 yerləşdirilib.




Baxış sayı: 470
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30