FACT-INFO.AZ » SİYASƏT » Azərbaycan mədəniyyətlərarası dialoqu qlobal prioritet hesab edir
13-12-2024, 14:30 | SİYASƏT
Azərbaycan mədəniyyətlərarası dialoqu qlobal prioritet hesab edir

İrsi və adət-ənənələri ilə zəngin bir ölkə kimi Azərbaycan mədəniyyətlərarası dialoqu qlobal prioritet hesab edir. Bu baxımdan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın UNESCO dəyərlərinin təbliği, dünya irsinin qorunması, tarixi abidələrin bərpası, mədəniyyətlərarası dialoqu inkişaf etdirmək sahəsində müstəsna səyləri olub. Bu təşəbbüslər xalqların məqsəd və dəyərlərinin onların tarixi, zəngin mədəni irsi və beynəlxalq səviyyədə tanınması ilə sıx bağlılığını nümayiş etdirir. Türk irsinin qorunub saxlanılması və birliyinin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin mühüm prioriteti olaraq qalır. Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır!” kəlamını xatırlatmaq istərdim.

Fact-info.az xəbər verir ki, bu fikirləri Azərbaycanın UNESCO üzrə Milli Komissiyasının Baş katibi Seymur Fətəliyev təşkilatın mənzil-qərargahında “Dünyanın leksikoqrafiyada xəritələşdirilməsi: “Divanü lüğat-it-türk”ün 950-ci ildönümü” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib. O, 2023-cü il noyabrın 7-dən 22-dək keçirilən Baş Konfransın 42-ci sessiyasında bu yubileyin qeyd olunmasını təklif edən Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistana, Macarıstana, eləcə də Mavritaniya, Mərakeş, Qətər və Tacikistana mühüm töhfələrinə görə minnətdarlığını bildirib. Qeyd edib ki, bu yubiley münasibətilə əsər Xalid Səid Xocayevin tərcüməsində Azərbaycan Milli Elmlər Akademiyası və UNESCO üzrə Azərbaycan Milli Komissiyasının birgə dəstəyi ilə ilk dəfə 2024-cü ildə üç cilddə nəşr edilib.

“Bu gün biz təkcə türk dövlətləri üçün yaddaqalan bir tarixi qeyd etmirik, həm də mədəniyyətimizin, dilimizin, ortaq dəyərlərimizin əsl bayramıdır. Mahmud əl-Kaşğarinin “Divanü lüğət-it-türk” əsəri 950 il əvvəl yazılsa da, ədəbi, dil və etnoqrafik müstəvidə zəngin olan əvəzsiz mənbə olaraq qalır. Bu şah əsər həm də türk dövlətləri arasında birlik, qardaşlıq və həmrəyliyin qüdrətli simvolunu təmsil edir. Bu tədbir UNESCO tərəfindən də tanınan “Kitabi-Dədə Qorqud” dastanının və ya Tonyukuk abidəsinin 1300 illiyi kimi digər əlamətdar bayramların davamıdır”, - deyə S.Fətəliyev bildirib.

O vurğulayıb ki, bu tədbirin digər mühüm cəhəti tarixi şəxsiyyətlərin və onların irsinin müasir dünyaya inteqrasiyası ilə yanaşı, onların qlobal biliyə verdiyi töhfələrin tanınmasıdır. “Divanü lüğat-it-türk” beynəlxalq elmi araşdırmaları, eləcə də türk tarixi və mədəniyyətinin dərindən öyrənilməsini təşviq edir. Bu əsər həm də mədəniyyətlərarası dialoq üçün ideal platforma rolu oynayır.

“Türk mədəni irsinin qorunması və təbliği üçün çalışan hər kəsə, xüsusən də bu konfransın iştirakçılarına təşəkkür edirəm. Bu ümumi irsin bütün dünyada daha yaxşı tanınacağına ümid edərək, hər kəsi onun qorunub saxlanılması, öyrənilməsi və təbliğində fəal iştirak etməyə çağırıram. Azərbaycanın UNESCO üzrə Milli Komissiyası türk dövlətlərinin irsinin qorunması və öyrənilməsi lehinə bütün təşəbbüsləri dəstəkləməyə davam edəcək”, - deyə S.Fətəliyev diqqətə çatdırıb.




Baxış sayı: 135
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30