Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) dahi şair Məhəmməd Füzulinin 530 illiyi əlaqədar “Füzuli ili” çərçivəsində professor Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı” kitabının təqdimetmə mərasimi keçirilib.
Fact-info.azxəbər verir ki, təqdimat mərasimində SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli görkəmli şairin yaradıcılığının zənginliyindən danışıb, “Füzuli sənətkarlığı” kitabı haqqında fikir və düşüncələrini bölüşüb.
Tədbirin təşkilatçısı BMA-nın “Humanitar fənlər” kafedrasının müdiri, professor Tərlan Quliyev M.Füzulinin qəzəllərindən misal gətirib, Mir Cəlal Paşayevin dahi şairə həsr olunan kitabının əhəmiyyətindən söz açıb.
Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, Azərbaycan Milli Məclisinin deputatı Ceyhun Məmmədov, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova və onun müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən Əhmədli də Füzuli dühası, yaradıcılığı haqqında çıxış ediblər.
Tədbirin bədii hissəsində Əməkdar artist Nigar Məlikova, Xalq artisti, professor Xuraman Qasımovanın tələbəsi Səməd Novruzov, Prezident təqaüdçüsü Aqil Məlikov və Hüseyn Məlikov əsrarəngiz ifaları ilə dinləyicilərin zövqünü oxşayıblar.
Baxış sayı: 265
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
