Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin anım günü ilə əlaqədar Azərbaycanın Çindəki səfirliyində anım mərasimi keçirilib.
Fact-info.az-a bu barədə səfirlikdən məlumat verilib.
Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin səfirlikdəki büstü önünə əklil qoyulub və əziz xatirəsi bir dəqiqəlik sükut ilə yad edilib. Daha sonra Ulu Öndərin həyat və yaradıcılığını əks etdirən fotosərgiyə baxış keçirilib.
Azərbaycanın Çindəki səfiri Bünyad Hüseynov həyatını qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş görkəmli dövlət xadimi Ümummilli Lider Heydər Əliyevin həyat yolu, Azərbaycan dövlətinin və dövlətçiliyinin möhkəmləndirilməsində əvəzsiz xidmətləri barədə danışıb.
Səfir bildirib ki, Heydər Əliyev Azərbaycan xalqını və dövlətini tarixin ağır və sərt sınaqlarından çıxarıb, işıqlı gələcəyin etibarlı bünövrəsini yaradıb. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yürütdüyü praqmatik və uzaqgörən siyasəti nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olunmaqla yanaşı, ölkəmiz regionun sürətlə inkişaf edən, güclü və nüfuzlu dövlətinə çevrilib.
Həmçinin səfir B.Hüseynov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan-Çin münasibətlərinin inkişafına verdiyi diqqət, Ulu Öndərin 1994-cü ildə Çinə rəsmi səfərinin iki ölkə əlaqələrində xüsusi əhəmiyyəti barədə məlumat verib.
Sonda Heydər Əliyev Fondu tərəfindən ərsəyə gətirilmiş Ulu Öndərin həyat və yaradıcılığna həsr olunmuş “İz” filmi nümayiş olunub.
Tədbirdə Çində yaşayan və təhsil alan soydaşlarımız, həmçinin həmin gün Pekində olan “Azərbaycan Hava Yolları” QSC-nin Bakı-Pekin-Bakı reysini yerinə yetirən təyyarəsinin uçuş heyəti də iştirak edib.
Baxış sayı: 70
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
