Ümid edirik ki, Qarabağın işğaldan azad edilməsi sayəsində yaranan tarixi fürsət Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına töhfə verəcək.
Fact-info.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Türkiyə səfirlərinin 15-ci konfransında çıxışı zamanı bildirib.
Dövlət başçısı qeyd edib ki, Türkiyə münaqişələr və müharibələrlə dolu bir bölgədə yerləşir.
“Əminəm ki, türk diplomatiyası bölgəmizdə sülh və sabitliyin təmin edilməsi üçün səylərini davam etdirəcək”, - deyə Ərdoğan vurğulayıb.
Prezident Türkiyənin müdafiə sənayesinin uğurlarına diqqət çəkərək, yerli hərbi-sənaye kompleksinin inkişafı ilə bağlı qərarın “Ankaranın müttəfiqlərinin adekvat dəstəyinin olmamasına cavab olaraq qəbul edildiyini” xatırladıb.
“Sevindirici haldır ki, bu gün Türkiyənin müdafiə təyinatlı məmulatlara olan tələbatının 80 faizə qədəri yerli müəssisələr hesabına ödənilir”, - deyə Türkiyə lideri qeyd edib.
Suriyadakı vəziyyətə toxunan Ərdoğan əmin edib ki, Ankara suriyalı qardaşlara hər cür dəstəyi verməyə davam edəcək.
“Ümid edirəm ki, Suriyadakı yeni administrasiya öz cəmiyyətinin bütün təbəqələrinin maraqlarını nəzərə alacaq”, - deyə siyasətçi əlavə edib.
Baxış sayı: 185
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
