FACT-INFO.AZ » XƏBƏR » Suriyalıların sıxılmış enerjisi
10-12-2024, 13:30 | XƏBƏR
Suriyalıların sıxılmış enerjisi
Bərbad gündə olan yaşayış məntəqələri, dağıdılmış evlər, yeraltı, yerüstü həbsxanalar, qəzəbli kütlə. Bütün bunlar Bəşər Əsəddən sonra qalan Suriyanın görüntüləridir. Avropada təhsil alan, ixtisasca göz həkimi olan bu zalım oğlu deyəsən, heç bir quruculuq işləri ilə məşğul olmayıb. Millətin gözünə, həyatına işıq vermək əvəzinə, böyük kütlələrin gözünün odunu alıb. Amma, lakin kütlənin gücünü hesablamaq çox çətindir. Görünən odur ki, suriyalılarda illərdən bəri toplanmış və sıxılmış enerji cövlan edir.
Bu enerji inkişafa, dövlət qurmağa, azad yaşamağa yönələcək, yoxsa yenidən qruplaşmalara, dağıdıcılığa sərf olunacaq. Bunu yalnız zaman göstərəcək. Müsbət haldır ki, Suriya müxalifəti ortaq məxrəcə gəlmək istədiyini bəyan edərək barışa, sabitliyə, inkişafa doğru gedəcəyini bildirir.
(Heyət Təhrir əş-Şam) HTŞ lideri Əbu Məhəmməd Colani mediaya müsahibəsində intiqam hissi ilə hərəkət etməyəcəklərini və hər kəsə anlayışla yanaşacaqlarını bildirib. Bizim məqsədimiz sülh və əmin-amanlığı bərpa etməkdir. Biz, Suriyanın hər bir vətəndaşı üçün yeni bir başlanğıc təmin etmək niyyətindəyik, – deyə Colani qeyd edib. Media müsahibələrinə nəzər saldıqda bu qənaətə gəlmək olar ki, Colani mövcud situasiyanı düzgün dəyərləndirən bir siyasətçidir.
Digər tərəfdən Suriyanın parçalanmasına deyil, normal dövlət olmasını, inkişafını, əhalinin dinc yaşamasını istəyən, bu istiqamətdə səylər göstərən Türkiyə var. Regional güc olan qardaş Türkiyə bölgədə sabitliyin təmin olunmasında öz töhfəsini verə bilər və ümid edirik verəcək.
Təbii ki, Suriyanı parçalamaqda, vətəndaş müharibəsinin başlamasında maraqlı qüvvələr var. Həmin məkrli qüvvələrin öz çirkin planlarının baş tutması Suriya müxalifətinin davranışından və bir çox proseslərin gedişindən asılı olacaq.
Əkrəm Bəydəmirli



Baxış sayı: 195
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30