Kişineuda “Xarıbülbül” Azərbaycan-Moldova Dostluq xiyabanının açılışı olub.
Fact-info.az-a Diaporla İş Üzrə Dövlət Komitəsindən verilən xəbərə görə, xiyaban Moldova Azərbaycanlıları Konqresi (MAK) ictimai təşkilatının təşəbbüsü, Azərbaycanın Moldovadakı Səfirliyi və Kişineu Bələdiyyəsinin birgə əməkdaşlığı çərçivəsində salınıb.
Tədbirdə Azərbaycanın Moldovadakı səfiri Ülvi Baxşəliyev, Moldova Parlamenti üzvü və Moldova-Azərbaycan parlament dostluq qrupunun sədri Vitaliy Jakot, Moldovanın Ekologiya Nazirliyinin dövlət katibi Georqe Xadcer, Kişineunun vitse-prezidenti İrina Qutnik, MAK-ın sədri Elçin Bayramov və təşkilatın nümayəndələri eləcə də bələdiyyə nümayəndəsi Dmitri Gorelko iştirak edib.
Açılış nitqi ilə çıxış edən Elçin Bayramov, eləcə də digər iştirakçılar Azərbaycan və Moldova arasında dostluq əlaqələrinin möhkəmlənməsinin əhəmiyyətindən danışıb.
Həmçinin qeyd olunub ki, bu cür aksiya BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasından (COP29) ilhamlanaraq həyata keçirilib.
Baxış sayı: 75
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
