FACT-INFO.AZ » XƏBƏR » Azərbaycanın diplomatik xidmətini tənzimləyən yeni qanun layihəsi beynəlxalq təcrübəyə əsaslanır
9-12-2024, 20:00 | XƏBƏR
Azərbaycanın diplomatik xidmətini tənzimləyən yeni qanun layihəsi beynəlxalq təcrübəyə əsaslanır

“Diplomatik Xidmət haqqında” yeni qanun layihəsi beş fəsil və 31 maddədən ibarətdir. Layihənin hazırlanması prosesində diplomatik xidmət orqanlarının və həmin orqanlarda xidmət edən əməkdaşların fəaliyyətinin tənzimlənməsi ilə bağlı ehtiyac duyulan məsələlər araşdırılıb. Bununla yanaşı, diplomatik xidmət sahəsində beynəlxalq təcrübə və dövlət qulluğu sahəsində Azərbaycan Respublikasının normativ-hüquqi aktlarının aidiyyəti normaları öyrənilib.

Fact-info.az xəbər verir ki, bu fikirləri Xarici İşlər Nazirliyinin Hüquqi təminat idarəsinin rəisi Hüseyn Hüseynov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, eləcə də Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin dekabrın 9-da keçirilən iclasında “Diplomatik Xidmət haqqında” yeni qanun layihəsinin müzakirəsində çıxışı zamanı səsləndirib.

Onun sözlərinə görə, qanun layihəsinin hazırlanması zamanı müvafiq sənədlər və məlumatlar təhlil olunub, layihənin tənzimləmə predmeti baxımından uyğun bilinən rəy və təkliflər nəzərə alınaraq yekun mətni tərtib edilib. Bundan əlavə, layihə Nazirlər Kabineti tərəfindən müvafiq dövlət orqanları ilə razılaşdırılıb. Yeni qanun layihəsi qəbul edildikdən sonra 2001-ci il 8 iyun tarixli “Diplomatik Xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ləğv ediləcək. Yeni qanunun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının Əmək Məcəlləsi, Vergi Məcəlləsi, Sosial Sığorta, Dövlət Qulluğu haqqında qanunlar, habelə diplomatik nümayəndəliklərdə və konsulluqlarda çalışan diplomatik xidmət əməkdaşlarına və inzibati texniki xidməti yerinə yetirən şəxslərə dair bir sıra dəyişikliklər ediləcək.

“Qanun layihəsinin qəbulu ilə diplomatik xidmətdə rast gəlinən və 2001-ci il tarixli qanunla tənzimlənməyən bəzi aktual məsələlərə dair hüquqi baza yaradılacaq. Bu dəyişikliklər diplomatik xidmətin müasir tələblərə uyğun tənzimlənməsini təmin edəcək”, - deyə H.Hüseynov vurğulayıb.




Baxış sayı: 120
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30