FACT-INFO.AZ » MƏDƏNİYYƏT » “Böyük türk şairi Nazim Hikmət və Türk dünyası” kitabının təqdimatı olub
9-12-2024, 18:00 | MƏDƏNİYYƏT
“Böyük türk şairi Nazim Hikmət və Türk dünyası” kitabının təqdimatı olub

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Böyük türk şairi Nazim Hikmət və Türk dünyası” kitabının təqdimat mərasimi keçirilib.

Fact-info.az xəbər verir ki, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının qərarı ilə çap olunan kitabın müəllifi Türkiyənin Ərzincan Binəli Yıldırım Universitetinin Ədəbiyyat fakültəsi və Türk dili və ədəbiyyatı bölməsinin rəhbəri professor Əli Qafqasyalıdır. Kitab AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli “Nazim Hikmət sənətinin hikməti” adlı “Ön söz”ü ilə başlayır. Kitaba, həmçinin Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım “Ön söz” yazıb.

Tədbiri açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli akademiyada türkologiyanın inkişaf etdiyini, Türk dünyası ilə bağlı önəmli tədqiqatlar aparıldığını, AMEA-nın bir sıra elmi müəssisələrində bu istiqamətdə yeni şöbələrin yaradıldığını, eləcə də Türk dünyasının elmi qurumları ilə əlaqələrin daha da genişləndirildiyini vurğulayıb.

AMEA rəhbəri XX əsr dünya ədəbiyyatının böyük simalarından olan Nazim Hikmətin zəngin irsindən bəhs edərək, şairin həyat və yaradıcılıq yolunun Azərbaycanla bağlı məqamlarına diqqət yetirib. Bildirib ki, şairin ikinci Vətəni saydığı Azərbaycanda 1928-ci ildə ilk kitabı – “Günəşi içənlərin türküsü” nəşr olunub. Şairə həsr olunmuş ilk məqaləni də Bakıda dövrün görkəmli tənqidçisi Əli Nazim yazıb. Məqalə “Günəşi içirik... günəşlənirik” adlanırdı.

Akademik İsa Həbibbəyli Nazim Hikmətin bir çox şeirlərinin dünya ədəbiyyatı nümunələri arasında bənzərsiz olduğunu vurğulayıb: “Nazim Hikmət təkcə türk xalqına deyil, bütün Şərq xalqlarının poeziyasına təsir göstərmiş, şeirdə yeni yollar açmış novator sənətkardır. O, romantik ruhlu, dərin məzmunlu əsərləri ilə müasir türk ədəbiyyatının inkişafına böyük təkan verib”.

AMEA prezidenti bildirib ki, Azərbaycanda Nazim Hikmət haqqında kitablar, monoqrafiyalar, dissertasiyalar yazılıb. Akademik “Böyük türk şairi Nazim Hikmət və Türk dünyası” kitabının Türkiyə-Azərbaycanın müştərək işi kimi mühüm əhəmiyyət kəsb etdiyini bildirib, nəşrin Türkiyədə də yayılmasının vacibliyini vurğulayıb.

Sonra nəşrin müəllifi Türkiyənin Ərzincan Binali Yıldırım Universitetinin Ədəbiyyat fakültəsi və Türk dili və ədəbiyyatı şöbəsinin rəhbəri professor Əli Qafqasyalı kitabın məziyyətlərindən danışıb. Professor Azərbaycan-Türkiyə birliyi və qardaşlığının əbədi və sarsılmaz olduğunu söyləyib, Türk dünyasının ortaq ədəbiyyatının hazırlandığını diqqətə çatdırıb.

Tədbirdə Türkiyənin Ərzincan Binəli Yıldırım Universitetinin Sosial Elmlər İnstitutunun direktoru Necdet Tozlu, Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı kafedrasının dosenti Məti Osmanoğlu, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi professor Qəzənfər Paşayev, Milli Məclisin deputatı, filologiya elmlər doktoru Elnarə Akimova, Ədəbiyyat İnstitutunun Dünya ədəbiyyatı və komparativistika şöbəsinin müdiri professor Gülər Abdullabəyova çıxış ediblər. Çıxışlarda Nazim Hikmətin Azərbaycan, Türkiyə və dünya ədəbiyyatı tarixində hər zaman xatırlandığı və onun söz dünyasının nəhənglərindən biri olduğu vurğulanıb.




Baxış sayı: 110
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30