Ermənistanın o zamankı hakimiyyəti 1992-ci ildə Xocalıda törətdikləri qətliamı dünyaya tam tərsinə çatdırmağa cəhd edirdilər.
Bu fikirləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay bildirib.
"Çox təəssüf ki, bəzi Qərb ölkələrinin parlamentləri də Ermənistana və erməni lobbisinə dəstək göstərirdilər. Bu gün də Fransa başda olmaqla, bu dəstək davam edir. Türkiyənin müttəfiq dediyi ölkələr də buna qoşulub. Qərbin ikili standartları indi də davam edir. Təsəvvür edin ki, 20 faiz torpağı işğal edilən Azərbaycan olduğu halda, onlar ermənilərin torpaqlarının işğal olunduğu barədə düzgün olmayan fikir formalaşdırmağa cəhd edirdilər. Öz əməllərini diqqətdən yayındıraraq 1915-ci ildə guya Türkiyənin ermənilərə qarşı soyqırım törətməsini iddiasını ortaya atmışdılar. Amma onlar tarixi həqiqətlərin üzə çıxmasının qaçılmaz olduğunu dərk etmirdi. Hazırda həm Azərbaycan, həm də Türkiyə əsaslı sübutlar və səndələrlə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında böyük işlər görür. Bizim üçün bu səfərdə ən gözəl olan Xankəndinin də, Şuşanın da, Xocalının da, bütün torpaqların azad edilərək Azərbaycanın nəzarətində olmasıdır. Bu ziyarətimizdə Şuşa başda olmaqla, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində möhtəşəm irəliləyişləri gördük. Füzulidən bura gələnə qədər torpaqların becərildiyinin, Füzulinin və Şuşanın yenidən qurulduğunun şahidi olduq", - TBMM-in komitə sədri deyib.
Baxış sayı: 105
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia
UN Human Rights Council adopts resolution on landmines promoted by Azerbaijan
Foreign Ministry: Azerbaijani captain killed, one missing in drone attack on cargo ship in Black Sea
