Ankarada keçirilən 21-ci Kitab Sərgisi çərçivəsində “İRS-Miras” jurnalının BMT-nin İqlim Dəyişikliyi üzrə Tərəflər Konfransının Azərbaycanda keçirilmiş 29-cu sessiyasına (COP29) həsr edilmiş növbəti nömrəsinin təqdimatı olub.
Fact-info.az xəbər verir ki, 21-ci Ankara Kitab Sərgisində “Fəxri qonaq ölkə” elan edilmiş Azərbaycanın ekspozisiyasında jurnalın türk dilində buraxılışı təqdim olunub.
Ziyarətçilər jurnalın baş redaktoru Musa Mərcanlının Azərbaycanın iqlim böhranı ilə mübarizəyə töhfəsi mövzusunda məqaləsini oxuyublar.
Nəşrdə Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən yaşıl layihələrdən nümunələr təqdim olunub. Jurnal ölkəmizin enerji transformasiyası istiqamətində və ətraf mühitin mühafizəsi sahəsində atdığı addımlardan da bəhs edir.
Jurnalın yeni nömrəsində Türkiyə ilə Azərbaycan arasında uğurlu çoxşaxəli əməkdaşlıq haqqında da materiallar yer alıb. Burada qardaş ölkələrin müxtəlif sahələrdə həyata keçirdiyi birgə layihələr haqqında geniş məlumat verilir.
“İRS-Miras”ın oxucuları, həmçinin Azərbaycanda multikulturalizm və müxtəlif millətlərin və dinlərin nümayəndələrinin dinc yanaşı yaşaması ənənələri ilə tanış olurlar.
Baxış sayı: 140
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
