FACT-INFO.AZ » İQTİSADİYYAT » “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan Beynəlxalq elmi simpozium keçirilib
6-12-2024, 09:30 | İQTİSADİYYAT
“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan Beynəlxalq elmi simpozium keçirilib

Qazax Rayon İcra Hakimiyyəti, Bakı Dövlət Universitetinin Qazax filialı, Ərzincan Binəli Yıldırım Universiteti, Hoca Ahmet Yasavi adına Beynəlxalq Türk-Qazax Universitetinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan “Yaşıl dünya - bizim dünya” mövzusunda Beynəlxalq elmi simpozium keçirilib. Fact-info.az AZƏRTAC -a istinadən xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə rayonda Ümummilli Lider Heydər Əliyev adını daşıyan parka gələrək dahi şəxsiyyətin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla anıblar. Dahi liderin adını daşıyan Mərkəzi ziyarət edərək Ulu Öndərin həyat və fəaliyyətini özündə əks stendlərlə yaxından tanış olublar.

Tədbir iştirakçıları şəhərin mərkəzində Şəhidlər xiyabanını da ziyarət edərək memorial önünə tər qərənfillər düzüblər.

Ədəbiyyat Muzeyinin akt zalında davam edən tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib.

“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirin moderatoru, AMEA-nın Folklor İnstitutunun böyük elmi işçisi, dosent İlhamə Qəsəbova elmi simpoziumun əhəmiyyətindən söz açıb. Simpoziuma 180 məqalə təqdim edildiyini, həmçinin iştirakçıların bu tədbirdə bölmələr üzrə həm onlayn, həm də üz-üzə öz işini davam etdirdiyini vurğulayıb. Bildirilib ki, simpozium iki gün davam edəcək. Ərzincan Binəli Yıldırım Universitetinin rektoru Akın Leventin və Hoca Ahmet Yasavi adına Beynəlxalq Türk-Qazax Universitetinin rektoru Janar Temirbekovanın təbrik məktubunu tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək iştirakçılara uğurlar arzulayıb. O, icra hakimiyyətinin təşkilatçılığı ilə ümumilikdə 23400 ədəd ağac əkildiyi diqqətə çatdırıb.

Daha sonra məruzələr dinlənilib. Dünyada iqlim dəyişikliklərinin törətdiyi fəsadlardan, bu istiqamətdə həyata keçirilən məqsədyönlü layihələrdən söhbət açılıb.




Baxış sayı: 105
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30