Beynəlxalq Muğam Mərkəzində sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızının “Nəğmə də bir silahdır” kitabının təqdimatı keçirilib. Fact-info.az xəbər verir ki, kitabda Qarabağ müharibəsində iştirak edən şəhid və qazi musiqiçilərdən bəhs olunur.
Təqdimat mərasimində Əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadə, Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kollecinin direktoru, Əməkdar incəsənət xadimi, professor Nazim Kazımov, Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist Sahib Paşazadə və başqaları çıxış edərək kitabın məziyyətlərindən danışıblar.
Bildirilib ki, musiqi, nəğmə insanın mənəvi silahıdır. Bu mənəvi silah hərbçilərimizin mübarizə ruhunu daha da artırıb. Vətən torpaqlarının müdafiəsi zamanı onların əlində həqiqi silah, ürəklərində isə mənəvi silah – musiqi olub.
Baxış sayı: 155
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
