FACT-INFO.AZ » XƏBƏR » “Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” çoxcildliyinin təkrar nəşrinin birinci kitabı oxuculara təqdim edilib
4-12-2024, 10:00 | XƏBƏR
“Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” çoxcildliyinin təkrar nəşrinin birinci kitabı oxuculara təqdim edilib

Azərbaycan Dövlət Nəşriyyatı (“Azərnəşr”) “Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” çoxcildliyinin təkrar nəşrinə başlayıb.

 Fact-info.az AZƏRTAC -a istinadən xəbər verir ki, çoxcildliyin birinci kitabına Ulu Öndər Heydər Əliyevin xalqın istəyi və tələbi ilə yenidən ölkə rəhbərliyinə gəldiyi 1993-cü ildə çıxışları, nitqləri, bəyanatları, müraciətləri, müsahibələri və s. daxil edilib. Kitabda yer alan materiallar 1993-cü ilin iyunundan oktyabrınadək olan dövrü əhatə edir. Bu materiallarda həmin dövrdə ölkəmizin ictimai-siyasi həyatında baş vermiş mürəkkəb proseslər müdrikliklə, obyektiv şəkildə təhlil olunur. Kitabda müstəqilliyin qorunub saxlanılmasının, inkişaf etdirilməsinin dahiyanə təcrübəsi əksini tapıb, milli dövlət quruculuğu prosesinin başlıca istiqamətləri dəqiqliklə və uzaqgörənliklə müəyyənləşdirilib.

Xatırladaq ki, Ümummilli Lider Heydər Əliyevin zəngin və mənalı ictimai-siyasi fəaliyyətinin 1993-cü ilin iyunundan sonrakı dövrünü əhatə edən “Müstəqilliyimiz əbədidir” kitabı ilk dəfə “Azərnəşr” tərəfindən 1997-ci ildən başlayaraq 46 cilddə nəfis tərtibatda nəşr edilib. Çoxcildlik respublika ictimaiyyətinə yaxşı məlumdur. Cildlərin xronoloji ardıcıllıqla təqdim edilməsi tədqiqatçılar üçün geniş imkanlar yaradır. Kitablarda Heydər Əliyevin müxtəlif ölkələrə səfərləri, sammitlərdə iştirakı, görüşləri, bəyanatları, məktubları, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı mühüm çıxışları, Azərbaycana gələn xarici ölkə rəhbərləri, nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri və digər qonaqlarla görüşləri zamanı çıxış və nitqləri təqdim olunub və bütün bunlar o dövrün öyrənilməsi üçün dərs vəsaiti kimi qəbul olunur.

“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli Sərəncamından ruhlanan “Azərnəşr”in kollektivi “Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” çoxcildliyini təkrar nəşr edib oxuculara çatdırmağı qarşısına məqsəd qoyub. Təkrar nəşrin səbəbi cəmiyyətin bütün təbəqələrindən olan insanların - gənclərin, tələbələrin, tədqiqatçıların, elm adamlarının, dissertantların, politoloqların, iqtisadçıların - bir sözlə, çoxminli oxucu kütləsinin istəyi və tələbatıdır. İnanırıq ki, bu kitabı incəliklərinə qədər öyrənərək mənimsəyən Azərbaycan vətəndaşları qətiyyətlə və məsuliyyətlə deyəcəklər: “Heydər Əliyevin hər bir əsəri dərslikdir - vətəndaşlıq, dövlətçilik və Vətənə sevgi dərsliyi”.

Çoxcildliyin buraxılışına məsul “Azərnəşr”in baş redaktoru Əlövsət Ağalarovdur.

Nəşrin hazırlanmasında AZƏRTAC-ın materiallarından istifadə olunub.




Baxış sayı: 130
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30