Dekabrın 3-də Milli Müdafiə Universitetinin rektoru general-mayor Gündüz Əbdülov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Müdafiə Sənayesi Direktorluğunun Müdafiə Sənayesi Akademiyasının sədri professor Cenk Aktaşın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyindən Fact-info.az-a bildirilib ki, Türkiyə nümayəndə heyətinə Milli Müdafiə Universitetinin yaranma tarixi, təhsil sistemi və əsas fəaliyyət istiqamətləri, Azərbaycan Ordusunda hərbi təhsil sahəsində aparılan uğurlu islahatların müsbət nəticələri barədə ətraflı məlumat verilib.
Görüşdə hərbi təhsil sahəsində qarşılıqlı maraq doğuran məsələlərə dair geniş fikir mübadiləsi aparılıb. Bu istiqamətdə görülən işlərin daha da genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
Baxış sayı: 220
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
