Artıq məlumat verildiyi kimi, dekabrın 5-6-da Bakıda Qərbi Azərbaycan İcmasının (QAİ) “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda ikinci beynəlxalq konfransı keçiriləcək. Açılış günü baş tutacaq beş paneldə Qərbi azərbaycanlıların qayıdış hüququ, onların beynəlxalq hüququn norma və prinsiplərinə əsasən malik olduqları hüquqlardan bəhs ediləcək, həmçinin iştirakçılar arasından 10 ölkədən 16 şəxsə Qərbi Azərbaycan İcmasının fəxri üzvlük vəsiqələri veriləcək. Dekabrın 6-da isə tədbirin mədəni hissəsi keçiriləcək.
Bu sözləri AZƏRTAC-ın sorğusuna cavab olaraq Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə Əlaqələr və Qərbi Azərbaycan Televiziyası şöbəsinin müdiri Ülviyyə Zülfiqar söyləyib.
Konfransda 52 ölkədən 100-dən çox nümayəndənin iştirak edəcəyini deyən Ü.Zülfiqar bildirib: “Onların arasında 8 ölkədən 12 parlament üzvü, 2 ölkənin prezidentinin və 1 ölkənin vitse-prezidentinin müşavirləri, Türkiyənin sabiq xarici işlər naziri Mövlud Çavuşoğlu, 2 ölkədən sabiq səfir, 17 ölkənin 23 məşhur universitetinin 24 professoru, Azərbaycan diasporunun 14 fəal üzvü, 17 ölkədən 20 araşdırma mərkəzinin və akademiyanın təsisçisi, rəhbər şəxsi və ya əməkdaşı, 11 ölkədən 12 beynəlxalq araşdırma institutunun rəhbəri və ya eksperti, 3 ölkəni təmsil edən 3 hökumət şurası üzvü, 8 ölkəni təmsil edən 8 hüquqşünas və hüquq müdafiəçisi, 1 hərəkat lideri, müxtəlif ölkə parlamentləri aparatlarının məsul əməkdaşları, jurnalistlər və iş adamları yer alır”.
Baxış sayı: 160
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
