FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Türkiyədə Nizami Gəncəvi irsinin öyrənilməsi və təbliğinə dair Memorandum imzalanıb
2-12-2024, 10:30 | MƏDƏNİYYƏT
Türkiyədə Nizami Gəncəvi irsinin öyrənilməsi və təbliğinə dair Memorandum imzalanıb

Dekabrın 1-də Ankarada dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsi və təbliğinə dair Memorandumun imzalanması mərasimi keçirilib. Fact-info.az xəbər verir ki, sənədi Ankarada keçirilən 21-ci Kitab Sərgisi çərçivəsində ölkəmizin Ankaradakı səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov və Nizami Gəncəvi Mərkəzinin (Gəncə) direktoru Əlimuxtar Muxtarov imzalayıblar.

S. Abbasov qeyd edib ki, Memoranduma uyğun olaraq, Türkiyədə Nizami Gəncəvi irsinin tədqiqi və geniş ictimaiyyətə çatdırılması üçün çoxsaylı layihələr həyata keçirməyi planlaşdırılır.

Xüsusilə, Türkiyə universitetləri ilə birgə böyük mütəfəkkirin yaradıcılığına həsr olunmuş konfranslar, müsabiqələr, ədəbi gecələr təşkil olunacaq.

Mədəniyyət Mərkəzinin rəhbərinin sözlərinə görə, həmçinin Azərbaycan ədəbiyyatında Nizami Gəncəvinin obrazı və türk mədəniyyətində Mövlanə Cəlaləddin Ruminin yaradıcılığına dair birgə monoqrafiyaların hazırlanması səylərinə dəstək verilməsi də nəzərdə tutulub.

Bundan əlavə, Nizami Gəncəvinin əsərlərinin qəhrəmanlarının təsvirlərindən ibarət miniatür sərgilərinin təşkili də planlaşdırılır.

Türkiyə jurnallarında Nizami irsi mövzusunda məqalələrin, eləcə də Azərbaycan nəşrlərində türk alimlərinin məqalələrinin dərc edilməsinə xüsusi diqqət yetiriləcək.

S.Abbasov Gəncədə nəşr olunan “Nizamişünaslıq” jurnalında türk alimlərinin məqalələrini dərc etmək planlarını bölüşüb. “Hər il mart və ya sentyabr aylarında Türkiyədə Azərbaycan Mədəniyyət Mərkəzi (Ankara) və Nizami Gəncəvi Mərkəzinin (Gəncə) təşəbbüsü ilə böyük şair və mütəfəkkirin irsi mövzusunda beynəlxalq konfrans və simpoziumlar keçiriləcək”, – deyə S.Abbasov əlavə edib.

O, Nizami irsi mövzusunda internetdə yerləşdiriləcək qısametrajlı videoçarxların hazırlanması planlarından da danışıb.





Baxış sayı: 130
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30