FACT-INFO.AZ » XƏBƏR » Bakıda III Beynəlxalq Türkoloji Konqres keçiriləcək
30-11-2024, 10:00 | XƏBƏR
Bakıda III Beynəlxalq Türkoloji Konqres keçiriləcək

Dekabrın 2-dən 4-dək Bakıda “Türk dünyasında milli kimlik və mədəni irs” mövzusunda III Beynəlxalq Türkoloji Konqres keçiriləcək. Tədbir Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi münasibətilə Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Çankırı Karatekin Universitetinin Türkologiya İnstitutu və Mukimi adına Kokand Dövlət Pedaqoji İnstitutunun birgə təşkilatçılığı ilə reallaşacaq.

AMEA Folklor İnstitutundan Fact-info.az-a bildirilib ki, konqresin əsas məqsədi başda Azərbaycanın Şuşa şəhəri olmaqla Türk-İslam mədəniyyətinin təşəkkülündə mühüm əhəmiyyət kəsb edən mədəniyyət mərkəzlərinin milli kimliyin formalaşması və mədəni irsin qorunmasındakı roluna diqqət çəkməkdir. Konqresdə Türk dünyasında milli kimliyin formalaşmasında mədəni irsin rolu, maddi və mənəvi mədəni irsin sivilizasiya quruculuğu üçün əhəmiyyəti, mədəni tənəzzülün milli kimliyə təsiri və mədəni irsin qorunması, ictimai elmlərin alt sahələrinin mədəni irs-kimlik əlaqəsinə baxışı kimi mövzuların müzakirəsi və yeni fikirlərin irəli sürülməsi nəzərdə tutulur.

Tədbirin digər məqsədlərindən biri də mövzuya akademik və multidisiplinar aspektdən yanaşılması, bu istiqamətdə aparılan araşdırmaların elmi dövriyyəyə çıxarılması, mədəni irsin funksionallığına əsaslanaraq milli kimliyin formalaşdırılmasındakı əhəmiyyətinin vurğulanması, müxtəlif rakurslardan yeni müzakirələr üçün zəmin hazırlanması və əməkdaşlıq edən ölkələrin (Türkiyə, Azərbaycan, Özbəkistan) akademik qurumları arasındakı elmi əlaqələrin gücləndirilməsi və inkişaf etdirilməsidir. Bu baxımdan dil, ədəbiyyat, folklor, tarix, incəsənət, politologiya, sosial siyasət və miqrasiya, sosiologiya, ekologiya, beynəlxalq münasibətlər və s. kimi sahələrdə müxtəlif mövzuların araşdırılması konqresin əsas hədəflərindəndir.




Baxış sayı: 165
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30