"Turizm iqlim dəyişikliyinin həllinə kömək etmək üçün böyük potensiala malikdir".
Fact-info.az xəbər verir ki, bu fikri COP29 çərçivəsində Turizm sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə Nazirlərin Birinci Görüşündə COP29-un Prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.
“Azərbaycan COP29-da hökumətlərdən və beynəlxalq təşkilatlardan tutmuş yerli icmalara, bizneslərə, gənclərə və vətəndaş cəmiyyətinə qədər bütün maraqlı tərəflərin səslərini əks etdirməsini təmin etmək üçün fəal çalışmışdır”, - o deyib.
Muxtar Babayev bildirib ki, COP29 sədrliyi iqlim böhranının həllinin müxtəlif sektorlarda böyük səylər tələb etdiyini qəbul edərək, iqlim fəaliyyətinə vahid və çoxsektorlu yanaşma tətbiq edib: “Bu baxış bizim Fəaliyyət Gündəliyinin əsasını təşkil edir, iqlim fəaliyyətini milli, regional və qlobal səviyyələrin hər bir aspektinə inteqrasiya etmək üçün hazırlanmış hərtərəfli çərçivədir”.
Baxış sayı: 140
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
