Hazırda dünyada 59 münaqişə ocağı var. Dünyanın bir çox ölkələrində inflyasiya dərəcəsi artır. Bir çox ölkələrdə milli valyutalar dəyər itirir. Beləliklə, hər bir müharibə dəhşətli faciələr yaradır. Pandemiyalar səbəbindən xərclər artır, bu da qiymətlərin artmasına səbəb olur.
Fact-info.az xəbər verir ki, bu sözləri Ümumdünya Ərzaq Proqramının (WFP) Berlin Qlobal Ofisinin Direktoru Martin Frik noyabrın 17-də Bakıda COP29 çərçivəsində təşkil olunmuş Parlament Görüşünün ikinci günündə keçirilən sessiyada çıxışı zamanı deyib.
Onun sözlərinə görə, dünyada pandemiya və münaqişələr səbəbindən qidalanma ilə bağlı təchizat zənciri pozulub. Həmçinin iqlim dəyişikliyi də bu problemlərə daxildir.
"Hazırda dünyanın 10 milyard insanın yaşaması üçün qidalandırma potensialı var. Lakin qidaların paylanması qeyri-bərabərdir", - deyə o vurğulayıb.
Baxış sayı: 90
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
