İşğal və təcavüz faktı - Ermənistanın ölkəmizə qarşı 30 il ərzində törətdiyi əməllər olmasaydı, Azərbaycan bu gün yaşıl transformasiya fəaliyyətində və tədbirlərində daha böyük nailiyyətlərə imza atmış olardı.
Fact-info.az xəbər verir ki, bu fikri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev COP29 çərçivəsində noyabrın 16-da Azərbaycan Televiziyasına açıqlamasında deyib.
Ermənistanın işğalçılıq siyasətinin Azərbaycanın yaşıl transformasiya siyasətinə maneələr yaratdığını, ölkəmizin resurs və hədəflərinin başqa istiqamətə doğru yönəldiyini vurğulayan Prezidentin köməkçisi qeyd edib:
“Torpaqlarımız işğaldan azad olunandan sonra Prezident İlham Əliyevin tapşırığı ilə Qarabağ və Şərqi Zəngəzur zonası sıfır atıq zonaları kimi bərpa edildi. Bununla da Azərbaycan özünün yaşıl transformasiya və bərpaolunan enerji resurslarının yaradılması siyasətinə daha böyük resurslar ayırmaq imkanı əldə etdi.
Bu, həmişə bizim gündəliyimizdə prioritet olub. Lakin işğal və təcavüz faktı aradan qaldırandan sonra Azərbaycan daha böyük imkanlarını bu seqmentə səfərbər etmək imkanı əldə etmiş oldu”.
Baxış sayı: 110
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
