FACT-INFO.AZ » SİYASƏT » Britaniyalı akademik: COP29-da iqlim maliyyələşməsi və bu sahədə Azərbaycanın mühüm rolu xüsusi diqqət mərkəzindədir
15-11-2024, 15:30 | SİYASƏT
Britaniyalı akademik: COP29-da iqlim maliyyələşməsi və bu sahədə Azərbaycanın mühüm rolu xüsusi diqqət mərkəzindədir

COP29-da iqlim maliyyələşməsi və bu sahədə Azərbaycanın mühüm rolu xüsusi diqqət mərkəzindədir.

Bu sözləri Böyük Britaniyanın Lafboro (Loughborough) Universitetinin professoru və İqlimə Uyğun İnkişaf Proqramının (The Climate Compatible Growth Programme) direktoru, akademik Mark Hovells AZƏRTAC-a eksklüziv açıqlamasında deyib.

Azərbaycanın COP29-u yüksək səviyyədə təşkil etdiyini vurğulayan Mark Hovells bildirib: “COP29-da keçirilən məhsuldar görüşlər iqlimlə bağlı təşəbbüsləri həyata keçirmək üçün çox yaxşı mühit yaradır. COP29 digər iqlim konfranslarından fərqlənir, çünki bu dəfə əsas diqqət ambisiyaların reallığa çevrilməsinə yönəlib”.

Britaniyalı akademik iqlim maliyyələşdirilməsində böyük maneələrin olduğunu qeyd edib. “Maliyyə vəsaitlərinin mövcudluğuna baxmayaraq, ölkələrin investisiya planlarını strukturlaşdırması və hökumət səviyyəsində qəbul edilə bilən xərclər-faydalar təhlilinə çevrilməsi çətindir. Bu prosesin sadələşdirilməsi üzərində çox iş aparılır, çünki bir çox iqlim investisiyaları, əslində, çox sərfəlidir”, - deyə o əlavə edib.

O, həmçinin “Data to Deal” (Datadan Müqaviləyə) adlı ümumi mövzuya diqqət çəkib. Deyib ki, bu təşəbbüs məlumat toplamaqdan başlayaraq təhlil aparmaq, siyasəti uyğunlaşdırmaq, xərclər-faydalar təhlili aparmaq və maliyyə institutları ilə əməkdaşlıq quraraq layihələrə maliyyə cəlb etməyə qədər bütün mərhələləri əhatə edir. Akademik vurğulayıb ki, bu proseslərdə yerli mütəxəssislərin iştirakı olduqca əhəmiyyətlidir. "Bütün bunların yerli insanlar tərəfindən idarə olunması çox vacibdir, ona görə də biz yerli bilikləri siyasət, planlar və biznes müqavilələrinə çevirmək üzərində çalışırıq”, - deyə Hovells diqqətə çatdırıb.

COP29-dakı təşkilatçılıqla bağlı sualı cavablandıran M. Hovells tədbirin məkanının çox əlçatan olduğunu və iştirakçılara kömək edən könüllülərin böyük dəstək verdiklərini vurğulayıb. “Bu tədbir məkanında hər şeyi tapmaq asandır və hər nöqtədə sizə istiqamət verən köməkçiləri görmək mümkündür. Bu, çox xoş mühit yaradır”, - deyə akademik bildirib.




Baxış sayı: 115
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30