Noyabrın 26-da Mədəniyyət Nazirliyinin, AMEA Folklor İnstitutunun dəstəyi, “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə Suraxanı rayonundakı Qurban Abbasov adına Mədəniyyət Sarayında “Azərbaycan kəlağayısı günü”' münasibətilə geniş konsert proqramı təqdim olunacaq.
İctimai Birlikdən Fact-info.az-a bildirilib ki, konsertdə tanınmış gənc ifaçılar geniş proqramla çıxış edəcəklər.
Qeyd edək ki, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 2014-cü il noyabrın 26-da keçirilən iclasında Azərbaycan kəlağayı sənəti “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Bu il həmin tarixi hadisənin 10 illiyidir. Bu münasibətlə “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə cari ilin əvvəlindən Naxçıvan da daxil olmaqla bir çox bölgələrimizdə, mədəniyyət, elm və təhsil ocaqlarında ''Sazlı, sözlü kəlağayı günləri'' layihəsi çərçivəsində festivallar, tədbirlər, sərgilər keçirilib. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə ''Azərbaycan kəlağayılarının təbliği'' layihəsi uğurla icra olunub.
Baxış sayı: 105
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
