Bu gün iqlim dəyişmələri əsas qlobal çağırışa çevrilərək, geosiyasi gərginliyin artmasına birbaşa təsir göstərir. Fact-info.azxəbər verir ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin plenar iclasında belə bəyanatla çıxış edib.
Çıxışının əvvəlində Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevi tarixi sammitin uğurla təşkil edilməsi münasibətilə təbrik edib. O, müasir iqlim çağırışlarına qarşı mübarizədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində Azərbaycan tərəfinin fəal səylərinə dəstəyini ifadə edib.
Özbəkistan Prezidenti yoxsulluğun aradan qaldırılması, ərzaq və enerji təhlükəsizliyinin təmin edilməsi, su və resurslara çıxış problemlərinin dərinləşdiyini qeyd edib: "İqlim dəyişmələrinin fəsadları Mərkəzi Asiya regionunda kəskin hiss olunur. Onlar əhalinin həyat keyfiyyətinin yüksəldilməsinə və milli inkişaf strategiyalarının həyata keçirilməsinə maneə törədir".
Şavkat Mirziyoyevin sözlərinə görə, Paris Sazişi çərçivəsində əsas məqsəd regionda hava temperaturunun qabaqlayıcı artımının qarşısını almaq, onu 1,5-2 dərəcə həddində saxlamaqdır: "Bu baxımdan Özbəkistanda karbon neytrallığına nail olmaq üçün genişmiqyaslı islahatlar həyata keçirilir. 2030-cu ilə qədər istixana qazı tullantılarının 35 faiz azaldılması planlaşdırılır. 2050-ci ilə qədər bu öhdəliklər genişləndiriləcək. Yaşıl enerjinin payı 40 faizə çatacaq".
Özbəkistan Prezidenti qonşu ölkələrlə birlikdə regional iqlim strategiyasının həyata keçirildiyini də bildirib: "Bu günlərdə Avropaya yaşıl enerji tədarükünün təşkili haqqında çoxtərəfli saziş imzalanacaq".
Baxış sayı: 165
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
