FACT-INFO.AZ » SİYASƏT » COP 29-un açılış mərasimi keçirilib
11-11-2024, 14:30 | SİYASƏT
COP 29-un açılış mərasimi keçirilib

Noyabrın 11-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılış mərasimi keçirilib. 

Fact-info.az  xəbər verir ki, açılış mərasimində COP28-in Prezidenti Sultan Ahmad Al-Jaber açılış nitqi ilə çıxış edib. O, tədbirin təşkilinə və qonaqpərvərliyə görə Azərbaycana təşəkkürünü bildirib. Sultan Ahmad Al-Jaber COP 28 dövründə ölkəsinin irəli sürdüyü təşəbbüslərdən danışıb və COP29-un da növbəti uğura imza atacağına əmin olduğunu bildirib. COP28 Prezidenti Azərbaycanla birlikdə “Troyka” çərçivəsində əməkdaşlıq edəcəklərini diqqətə çatdırıb.

Sonra Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev BMT İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29 sessiyasının Prezidenti seçilib. COP28-in Prezidenti Sultan Ahmad Al-Jaber sessiyanın idarəçiliyini Muxtar Babayevə təhvil verib.

M.Babayev çıxış edərək hər kəsi Bakıda görməkdən məmnun olduğunu bildirib. Deyib ki, COP29 hər kəs üçün bir fürsətdir və bu fürsəti əldən vermək olmaz. COP29-un Prezidenti qeyd edib ki, iqlim problemləri nəticəsində yaranan təbii fəlakətlər olduqca ağır nəticələrə səbəb olur. “Biz siyasi və maliyyə baxımından yarana biləcək bütün məhdudiyyətləri anlayırıq. Ancaq düşünürəm ki, investisiyalar özünü doğruldacaq”, - deyə o əlavə edib.

Daha sonra çıxış edən İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının İcraçı katibi Saymon Stil BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflər Konfransının geniş yayılmış iqlim böhranını həll etmək və buna qarşı birgə hərəkət etmək üçün yeganə məkan olduğunu deyib.

O bildirib ki, iqlim böhranı dünyanın hər bir fərdinə bu və ya digər şəkildə təsir edir. BMT rəsmisi Bakıda yeni qlobal iqlim maliyyəsi məqsədini razılaşdırmağın vacibliyini diqqətə çatdırıb.

“Əhəmiyyətli nəticə olmadan biz Bakını tərk edə bilmərik”, - deyə Saymon Stil vurğulayıb.




Baxış sayı: 150
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30