Türk Mədəniyyəti və İrsi Fondu (TMİF) fəaliyyəti dövründə Özbəkistanla bağlı bir çox layihələr həyata keçirib.
Fact-info.az "Report"-a istinadən xəbər verir ki, bu barədə Fondun Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin TMİF-in tam hüquqlu üzvü olmağa hazır olması ilə bağlı bəyanatına dair məlumatında bildirilib.
"Türk Mədəniyyəti və İrsi Fondu Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə göstərdiyi etimada görə dərin minnətdarlığını bildirir. Bu təşəbbüsün bizim üçün böyük şərəf olduğunu vurğulamaq istəyirik.
Özbəkistan Prezidentinin bu təşəbbüsünün reallaşması ortaq mədəniyyətə, zəngin irsə və çoxəsrlik tarixə malik türk xalqları arasında qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə imkan verəcək. Həmçinin mədəni dəyərlərimizin öyrənilməsi, qorunması və təbliği istiqamətində Türk Mədəniyyəti və İrsi Fondu ilə türk dövlətləri arasında əməkdaşlığın genişlənməsinə töhfə verəcək", - məlumatda qeyd olunub.
Qeyd edək ki, Ş.Mirziyoyev bu təşəbbüslə Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatının 11-ci Zirvə görüşündə çıxış edib. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə Türk Mədəniyyəti və İrsi Fondunun təsisçi ölkələr, Macarıstan isə müşahidəçi ölkədir.
Baxış sayı: 135
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
