FACT-INFO.AZ » MEDİA » 8 Noyabr – Zəfər Günü ilə əlaqədar Bakı Sağlamlıq Mərkəzində tədbir keçirilib
8-11-2024, 12:00 | MEDİA
8 Noyabr – Zəfər Günü ilə əlaqədar Bakı Sağlamlıq Mərkəzində tədbir keçirilib

 Tədbirin qonaqları arasında şəhid ailələrinin üzvləri, Vətən müharibəsi dövründə Mərkəzimizdə müayinə, müalicə, əməliyyat və reabilitasiyaları icra olunan qazilərimiz yer alıb. Tədbir Azərbaycan Respubikasının dövlət himninin səsləndirilməsi və ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü naminə canından keçən şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Bakı Sağlamlıq Mərkəzinin şəhid və qazi ailə üzvü olan, həmçinin müharibə veteranı əməkdaşlarının da iştirak etdiyi bu tədbir Mərkəzimizin İcraçı direktoru Dos. Dr. Asiman Həsənovun açılış nitqi ilə davam edib. Asiman Həsənov Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbə münasibətilə müharibə iştirakçılarını təbrik etmişdir. Tarixi qələbənin əldə olunmasında Azərbaycan xalqının fədakarlığından söz açaraq, ölkəmizdə ordu quruculuğu istiqamətində görülən işlərdən, İkinci Qarabağ müharibəsində əsgərlərimizin göstərdiyi şücaətlərdən bəhs etmişdir. Diqqətə çatdırdı ki, ərazi bütövlüyümüzün bərpa edilməsi uğrunda canlarını fəda etmiş qəhrəman vətən övladlarının əziz xatirəsi hər zaman diqqət və ehtiramla yad edilir.

Bildirdi ki, Zəfər günlərimiz gələcək nəsillər tərəfindən də fəxarətlə xatırlanacaq. Tədbirdə iştirak edən Nərimanov rayon deputatı Hikmət Babaoğlu, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, şəhidimiz Rövşən Nurzadənin atası Əli Nur 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərmiş yenilməz Azərbaycan Ordusunun hər bir üzvünün fədakarlıqlarından söz açıb, Zəfər Gününün tarixindən, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda yeni dövrün başladığından, əmin-amanlığın yaranması üçün görülən tədbirlərdən və s. danışıblar. İgid qazilərimizə hədiyyələr təqdim olunduqdan sonra xatirə şəkli çəkdirilib. Mərkəzimizin 8 Noyabr - Zəfər Günü ilə bağlı hazırladığı, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbəni və həkimlərimizin təbrikləri əks etdirən videoçarx nümayiş olunub. Tədbir Zəfər Gününə həsr olunmuş ədəbi-musiqili proqramla tamamlanıb.

Qeyd edək ki, tədbirdən sonra müharibə iştirakçıları Mərkəzimizdə hərtərəfli tibbi müayinədən keçib sonra isə təşkil olunmuş nahar süfrəsi ətrafında həm söhbət olub, müharibə dövründəki xatirələrindən söz açıblar. Bakı Sağlamlıq Mərkəzi rəhbərliyi və kollektivi tərəfindən II Şəhidlər Xiyabanında şəhidlərin məzarı ziyarət edilib. Ziyarət zamanı şəhid olan qəhrəmanlarımızın xatirəsini ehtiramla yad edən heyətimiz onların məzarlarının önünə gül çələngi qoyaraq gül dəstələri düzüblər.




Baxış sayı: 345
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30